Səlim Babullaoğlu

Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi.[1][2]

Səlim Babullaoğlu
Səlim Səlimov
Doğum tarixi 10 dekabr 1972(1972-12-10) (51 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair, tərcüməçi
Əsərlərinin dili Azərbaycan dili
Janrlar şeir, tərcümə, esse
Üzvlüyü
Mükafatları Vaqif Səmədoğlu medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979–1989) M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990–1995) ali təhsil alıb.

İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub.

Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997–2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub.

"Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016) olub.

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda ("Türk edebiyatı", "Kültür-Sanat", "Cumhuriyet",[3] "Hece"[4][5][6] — Türkiyə; "Literaturnaya qazeta"[7], "Drujba narodov"[8], Knijnoye obozrenie, "Vavilon/Text only"[9] — Rusiya; "Odra", "Kultura liberalna"[10] — Polşa; "La Traductiere"[11] — Fransa; "Kultura", "Kiyevskaya Rus", "Vsesvit"[12][13] — Ukrayna; "Kitob dünyosi", "Jaxon odobiyyatı" — Özbəkistan; "Revista Literara"[14] — Moldova, "Sveske", "Knijne novine"[15] — Serbiya; "Convorbırı literare"[16] — Rumıniya, "Современи диjaлози" — Makedoniya, "Alternativa", "New Saunje"[17] — Gürcüstan; "Publisher Weekly-Arabian"[18] — BƏƏ, "Nizwa"[19][20][21] — Oman və s.) dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub.

Səlim Babullaoğlu 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Birliyin İdarə heyətinin üzvüdür. 2004–2014-cü illərdə AYB nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin, "DƏB" (Dünya Ədəbiyyatından Books) və "Yeni DƏB" kitab seriyasının baş redaktoru, 2014–2021-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, 2021-ci ildən indiyədək AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, birliyin Qəbul Komissiyasının sədridir. Türkiyə Ədəbiyyat Vəqfi Azərbaycan təmsilçisi, TÜRKSOY Yazarlar Birliyinin vitse-prezidenti[22][23], Dünya Şairlər Hərəkatının (Movimiento Poetas del Mundo) Azərbaycandakı Fəxri səfiridir (2015)[24].

GUAM ölkələri yazıçılarının könüllü PenGUAM təşkilatının sədri olub (2008–2010), Qırğızısan Yazıçılar Birliyinin fəxri üzvü, Bişkek PEN Mərkəzinin üzvüdür (2006-cı ildən).

Prezident təqaüdçüsüdür (2008). Bir çox milli və əcnəbi ədəbiyyat ödüllərinə layiq görülüb.

"DƏB", "Yeni DƏB", "ATV Kitab", "525 kitab" seriyalarının yaradıcısı, "Xalq əmanəti" (Xalq Bank) seriyasının redaktoru olub, 200-dən artıq kitabın tərtibçisi, redaktoru, tərcüməçisi və naşiridir.

Səlim Babullaoğlunun "Qitara üçün nəğmə" şerinə və "İlyas Göçmənin şəkil dəftəri" silsiləsindən ilk şerinə ("Təsvirə ithaf") tanınmış bəstəkar Tahir İbişov "Dalğalar"[25] və "Təsvirə ithaf"[26] kompozisiyalarını (hər iki əsərin ifaçısı İslamə Abdullayevadır) bəstələyib. Xalq artisti Faiq Süçəddinovun bəstələdiyi "Zəfər" simfonik poeması (2021)[27] və "Şuşa" oratoriyasının (2022)[28] (hər iki əsərin solo ifaçısı Xalq artisti Samir Cəfərovdur) sözlərinin müəllifidir.

Səlim Babullaoğlunun yaradıcılığı ilə bağlı həm Azərbaycanın, həm dünyanın Anar, İlqar Fəhmi, Seyfəddin Hüseynli, Qismət, Azər Turan, Elnarə Akimova, Əkbər Qoşalı, Kənan Hacı, Balayar Sadiq, Gülxani Pənah, Nərgiz Cabbarlı (Azərbaycan), Ataol Bəhrəmoğlu (Türkiyə), Attila Balaş (Macarıstan), Dmitro Stus, Dmitro Drozdovski (Ukrayna), Şəms Ləngərudi, Mustafa Məstur, Səid Muğanlı (İran), Besik Xaranauli, Şota İataşvili, Givi Alxazişvili, Zviad Ratiani, Oktay Kazımov (Gürcüstan), Nikolae Spetaru, Marqareta Kurtesku (Moldova), Marius Çelaru (Rumıniya), Urşula Kozel, Anna Augustınyak, Kinga Minarska (Polşa) kimi bir çox ədibləri[29] fikirlər söyləyib, barəsində məqalələr yazıblar.

Cavanşir Yusiflinin Səlim Babullaoğlunun yaradıcılığından bəhs edən "Sözdən əşyaya"[30] adlı araşdırma kitabı nəşr edilib. Rejissor Ruslan Mollayevin Zəfər savaşından və ədəbiyyatdan bəhs edən "Sözün zəfəri"[31] sənədli filmində çəkilib.

Səlim Babullaoğlu ədəbi fəaliyyəti boyu ardıcıl poeziya tərcüməsi ilə məşğul olub, dünyanın onlarla məşhur şairinin şeirlərini Azərbaycan dilinə çevirib.

O, 1997–2021-ci illərdə Azərbaycanda tərcümə işinin vəziyyəti ilə bağlı 3 dəfə geniş məruzə edib.[32][33][34]

"Sözün repressiyası", "Sözdən toxunmuş aləm" və bir çox sənədli filmin ssenari müəllifi və redaktorudur.

Onun iştirakı ilə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"nın siyahısı hazırlanıb. Azərbaycan şeiri və nəsri, uşaq ədəbiyyatı antologiyaları, eləcə də "Azərbaycan qadın poeziyası antologiyası"nı hazırlayıb ki, bu kitablar da rus, ingilis, rumın, italyan, ərəb, ukrayna, polyak, monteneqro və macar dillərində çap olunub; onlarla klassik və müasir Azərbaycan ədiblərinin əsərləri 10-dan artıq ölkədə onun təqdimatı ilə müstəqil publikasiyalar, ayrıca toplu və kitablar şəklində dərc edilib.

Qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin Türkiyə, İsrail, Pakistan, İngiltərə, Ukrayna, Rusiya, Serbiya, Moldova, Rumıniya, İran və Oman ədəbiyyatı xüsusi sayları (Seyfəddin Hüseynlinin redaktorluğu ilə) dərc edilib.[35][36][37][38][39][40]

2019-cu ildə onun rəhbərliyi ilə dahi Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar şairin ilk dəfə rumın dilində "Ənəlhəqq" (Sunt purul adevar)[41] — 650 misralıq qəzəl və rübailərindən ibarət kitabının tərcüməsi və nəşri gerçəkləşib.

Onun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Ukrayna, Moldova və İran ədəbiyyatı günləri, Kişinyov və Kiyevdə isə Azərbaycan ədəbiyyatı günləri təşkil edilib.

Səlim Babullaoğlu

Səlim Babullaoğlunun tərtibçiliyi ilə Türkiyənin tanınmış "Təmrin" dərgisi Azərbaycanın görkəmli ədiblərinə, maarifçilərinə (M. F. Axundzadə, M. Ə. Sabir, R. Rza, M. Müşfiq, B. Vahabzadə, Anar, N. Gün, Ş. Hüseynov və Ç. Abdullayevə) həsr olunan xüsusi saylar hazırlayıb, nəşr edib.

2015-ci ildə onun rəhbərliyi və təşkilatçılığı ilə "I Bakı Beynəlxalq Poeziya Festivalı"[42] keçirilib, festivalda 8 ölkədən 10 tanınmış şair iştirak edib.

Ukraynada və Monteneqroda Azərbaycan yazıçılarının Qarabağ mövzusundakı əsərlərindən ibarət antologiyalar — "Bayraqdar"[43] və "Qarabağ: tale hekayələri"[44] onun tərtibçiliyi ilə tərcümə edilərək nəşr edilib (2021, 2022).

2020-ci il pandemiya dövründə Səlim Babullaoğlunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Dövlət Televiziyası[45][46] və "Real" TV[47] birgə "Evdə qal!" şüarı altında "Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar" layihəsini keçirib və bu televiziya layihəsinə 20 ölkədən 24 məşhur əcnəbi şair qatılıb.

2020-ci ildə, 44 günlük Zəfər savaşı günlərində Səlim Babullaoğlu dünyanın 25-dən artıq ölkəsinin 60-dan artıq ədibinə və ədəbiyyat təşkilatına Azərbaycanın haqq işi ilə bağlı müraciətlər göndərmiş[48][49], iranlı yazıçıların "ermənipərəst" müraciətinə cavab vermiş[50], "Europa in Versi" poeziya festivalının direktoru Laura Qaravalyaya müsahibə vermişdir.[51]

2022-ci ilə ildə Səlim Babullaoğlunun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın "Şanlı Zəfər Savaşı" və "Şuşa ili"nə ithafən Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "Space" Müstəqil Teleradio Şirkəti ilə birlikdə "Şuşaya salam!" beynəlxalq poeziya layihəsini[52][53][54] gerçəkləşdirib, sentyabrın 27-dən noyabrın 9-a qədər 44 gün ərzində keçirilən layihəyə 30 ölkədən 44 şair qatılıb.

  • Tərcümələrə görə "Ulus" qəzetinin "Nar budağı" mükafatı (Bakı, 2001)
  • "İlin tərcüməçisi" — İ. Brodskidən tərcümələrə görə (Gənclər və İdman Nazirliyi, Bakı, 2001)
  • Yeni Yazarlar və Sənətçilər Qurumunun Milli Kitab Mükafatı (2003, 2004)
  • İLESAM təşkilatının keçirdiyi M. Füzuli Beynəlxalq Poeziya Müsabiqəsinin Jüri Ödülü (Türkiyə, Ankara, 2004)
  • "Dünya ədəbiyyatı" dərgisinin nəşrinə görə "Qızıl Qlobus" mükafatı (Bakı, 2005)
  • Art Salı Sənət-Foto Qrupunun mükafatı (Türkiyə, İstanbul, 2006)
  • İstanbul Qəbzə Bələdiyyəsinin mükafatı(2006)
  • Qırğızıstan Yazıçılar İttifaqının "Qızıl Qələm" mükafatı (Bişkek, 2006)
  • Koreya Yaradıcılıq və Yazıçılar Cəmiyyətinin xüsusi diplomu (2006)
  • "Qızıl Kəlmə-Şans" mükafatı (Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı, 2012)
  • Mikayıl Müşfiq Mükafatı (Bakı, 2012)
  • Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı (Bakı, 2014)
  • Rəsul Rza Mükafatı (Bakı, 2015)[55]
  • Serbiyanın "ARTE" Beynəlxalq Sənət Mükafatı (Belqrad, 2016)
  • MDB iştirakçı dövlətlərinin "Kitab sənəti" Beynəlxalq Müsabiqəsinin Qran Pri finalçı diplomu (Moskva, 2017)
  • Azərbaycan Yaradıcılıq Fondunun "İlin ədəbiyyat adamı" mükafatı (Bakı, 2018)[56]
  • Yassı şəhərinin fəxri şairi diplomu və medalı (Yassı, Rumıniya, 2019)
  • European Poet of Freedom festivalının diplomantı (Qdansk, Polşa, 2018)
  • Beynəlxalq Şəhriyar Mədəniyyət Medalı (İran, Təbriz universiteti, 2018)
  • "Ədəbiyyat" qəzetinin Əli bəy Hüseynzadə Mükafatı (Bakı, 2019)
  • İvo Andriç medalı (Serbiya Kral Akademiyası, Belqrad, 2019)
  • Nizami Gəncəvi medalı (Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı, 2021)[57]
  • Səməd Behrəngi mükafatı (Bakı, 2022)
  • Vaqif Səmədoğlu medalı (Bakı, 2022)[58]
  • "Pesronalitate"/"Şəxsiyyət" qızıl medalı (Kişinyov, 2023)[59]
  • "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (Bakı, 2023)
  • Beynəlxalq Mihay Eminesku Akademiyasının "Tərcümə mükafatı", Mihay Eminesku Qızıl medalı, Avropa Mihay Eminesku Fondunun "Mədəniyyət Səfiri" adı[60]
  • "Turan Birliyi" medalı, "Yangi ovoz" Mərkəzi Asiya Tarixçi Yazarlar Birliyi və "Əmir Teymur" Beynəlxalq Xeyriyyə Fondunun birgə təsisatı (Bakı, 2023)[61]
  • "Türk mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə" "TÜRKSOY Medalı",TÜRKSOY təşkilatı (Bakı, 2023)[62][63]
  • "Kitab dünyası" dərgisinin Xüsusi diplomu (Daşkənd, 2024)[64]

Şeir kitabları (Azərbaycan dilində)

[redaktə | mənbəni redaktə et]
  • Tənha. Bakı: Ulu, 1996
  • Polkovnikə heç kim yazmır. Bakı: Mütərcim, 2008, 2013, 2014
  • On. Bakı: 2008 (E. Zalla birlikdə)
  • Kapellhausda bir axşam. Bakı: Mütərcim, 2009 (E. Zal və E. Hüseynbəyli ilə birlikdə)
  • İlyas Göçmənin şəkil dəftəri. Bakı: Mütərcim, 2009; Parlaq imzalar, 2016; (kitabın ilk nəşri "2000–2010-cu illərdə çap olunan ən yaxşı şeir kitabları"nın beşliyinə düşüb)[65][66]
  • Qrafik şeirlər və esselər. Bakı: Mütərcim, 2016; MaxPrint, 2018 (2018-ci il nəşri "Nəsimi ili" çərçivəsində Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər sırasında dərc olunub və fərdi sərgi təşkil olunub)
  • Oğlumla söhbətlər. Bakı: Qanun, 2021
  • İlk hərfi itmiş cümlə. Bakı: Parlaq imzalar, 2021

Esse, publisistika, ədəbiyyatşünaslıq kitabları (Azərbaycan dilində)

[redaktə | mənbəni redaktə et]
  • Ədəbi söhbətlər (2011)
  • Sənət əsirliyində (2012)
  • Ədəbi yuxular (2016)
  • Doktor Qarayev (2004, 2019)
  • Diktor (diktor Rafiq Hüseynov barədə, 2006)
  • Xatirələr: memar Rasim Əliyev (2017)
  • 36 dramatik situasiya — insan günahlarının təsnifatı (2020)
  • Azərbaycanda tərcümə işinin vəziyyəti:1997-2022 / məruzələr toplusu (2022)

Şeir kitabları (xarici dillərdə)

[redaktə | mənbəni redaktə et]
  • Haziranda okunan nağmeler (İstanbul, Türkiyə, "Telos", 2006)[67]
  • Poświęcone biciu serca (Vroslav, Polşa, "ATUT", 2007)[68]
  • Küləyə qarşı gedən qadın (Təbriz, İran, 2009)
  • Гiмн людей у масках (Kiyev, Ukrayna, "Fakt", 2009)[69]
  • Tovlis ganmarteba (Tiflis, Gürcüstan, "Caucasian house", 2010)
  • Sükut daha səmimidir (Tehran, İran, "Yarpaq", 2017)
  • İlyas Göçmənin şəkil dəftəri (Tehran, İran, "Yarpaq", 2018)
  • Nie ma kto pisać do pułkownika (Qdansk, Polşa, "Europejski Poeta Wolnosci", 2018)[70]
  • و تو چه میدانی درد یعنی چه؟ (Tehran, İran, "Cheshma", 2018)[71]
  • Интервjy (Belqrad, Serbiya, 2019)
  • August (Yassı, Rumıniya, "Tipo Moldova", 2019)[72]
  • Gespräch mit meinem Sohn (Köln, Almaniya, "Pem Verlag", 2019)[73]
  • Присвята мовчанню (Kiyev, Ukrayna, "Cамiт-книга", 2023)[74][75][76]
  • The South Wind (Bakı, Azərbaycan, Borchaly Publishing/Printing Company, 2023)

Tərcümə kitabları

[redaktə | mənbəni redaktə et]
  • Orxan Vəli. Bütün şeirlər. Bakı: Yurd, 2005
  • Çeslav Miloş. Avropanın uşağı (şeirlər). Bakı: Yurd, 2006 (R. Həşimovla birgə)
  • F. H. Dağlarca. Sivaslı qarışqa (seçmə şeirlər). Bakı: Yurd, 2007 (T. Məlikli ilə birgə)
  • Vaslı Stus. Kolımada kəklikotu qoxusu (seçmə şeirlər). Bakı: Mütərcim, 2008 (S. Məmmədzadəylə birgə)
  • Makvala Qonaşvili. Məndən arxayın olun (şeirlər). Bakı: Mütərcim, 2009 (Ə. Ol, Hidayət və İ. Məmmədli ilə birgə)
  • İosif Brodski. Odissey Telemaka (şeir və esselər). Bakı: Mütərcim, 2009
  • Şota İataşvili. Veriya baxçasındakı kafe (şeirlər). Bakı: Mütərcim, 2009
  • Rza Bərahəni. Şeirlər (şeirlər). Bakı: Qanun, 2009
  • Mişel Uelbek. Sağ qalma (şeir və esselər). Bakı: Mütərcim, 2010
  • Orxan Pamuk. Gizli üz. Bakı: 2010 (P. Əlioğlu ilə birgə)
  • Z. Herbert, Ç. Miloş, V. Şimborska və T. Rujeviç. Qəfil görüş (şeirlər). Bakı: 2010 (R. Tağızadə ilə birgə)
  • Boris Pasternak. Misranın sahibi hisslər olanda (şeirlər). Bakı: 2011 (Anarla birgə)
  • Dostun evi hardadır? (XX əsr modern İran poeziyası). Bakı: Parlaq imzalar, 2017 (M. Məhəmmədi, Ə. Qərəcəlu, A. Tarverdiyev və M. Nuri ilə birgə)
  • A. Suçevyanu. Qağayı ilə göndərilən məktub (şeirlər). Bakı: Mütərcim, 2018 (Qismət Rüstəmovla birgə)
  • Radomir Andriç. Yazı masasının o biri üzündə (şeirlər). Bakı: Mütərcim, 2019
  • Leo Butnaru. Çətir götürməyi unutmayın (şeirlər). Bakı: Mütərcim, 2019
  • Gərus Əbdülməlikian. Sonuncu quş (şeirlər). Bakı: Mütərcim, 2019 (M. Məhəmmədi və Ü. Nəccari ilə birgə)
  • Nikolae Spetaru. Qiyamət təxirə salınır (şeirlər). Bakı: Mücrü, 2021
  • Tumas Tranströmer. Xatirələr mənə baxır (şeirlər və xatirələr). Bakı: Mücrü, 2021
  • Luiza Qlük. Odisseyin qərarı (şeirlər). Bakı: Mücrü, 2021 (Q. Rüstəmov və F. Hüseynlə birgə)
  • Vüqarlı denprin suları axsın (Ukrayna şeirindən seçmələr). Bakı: Mütərcim, 2021 (kollektiv tərcümə)
  • Nizar Qəbbani. Sən dəniz çəkə bilmirsən, ata? (şeirlər). Bakı: Mücrü, 2021 (K. Şərifovla birgə)
  • Mihay Eminesku. Dan ulduzu (şeirləri və poema). Bakı: Mütərcim, 2023 (J. İsmayılın sətri tərcümələri əsasında)
  • Şuşaya salam (dünya şairlərinin Şuşa ilə bağlı şeirləri). Bakı: 2023
  • Leo Butnaru. Mirvari şəhər (seçmə şeirlər). Bakı: Mücrü, 2023 (J.İsmayıl və C.Yusifli ilə birgə)
  • Səninləyik, Türkiyə! (poetik antologiya). Bakı: Mütərcim, 2023 (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi və nəşri)
  • Ana Blandiana. İndi mən sənə ibadət edirəm (seçmə şeirlər). Bakı: Qanun, 2023 (J.İsmayılla birgə)[77][78]
  • Ərənlərin nəğməsi (Çeçen şeirindən seçmələr). Bakı: Mücrü, 2024 [79]

Ssenari müəllifi olduğu sənədli filmlər

[redaktə | mənbəni redaktə et]
  • Qamış şəhərin yuxuları (Rafiq Həşimovla birgə, SFMPYC, Gənclər və İdman Nazirliyinin sifarişi ilə, 2006)[80]
  • Səttarın Azərbaycanı (Rafiq Həşimovla birgə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, 2013)
  • Cərrah (Rafiq Həşimovla birgə, 2019)[81]
  • Sözün repressiyası ("Bulatfilm", Mədəniyyət nazirliyinin sifarişi ilə, 2021)[82]

Redaktoru olduğu filmlər

[redaktə | mənbəni redaktə et]
  • Günəş və bulud (Azərbaycan Dövlət Televiziyası, 2000)[83]
  • Lütfiyar İmanov ("Azərbaycantelefilm", 2002)
  • Sözdən toxunmuş aləm ("İnternew", 2002)
  1. "Rəşad Məcid, Elçin Hüseynbəyli və Səlim Babullaoğluna yeni vəzifə verilib". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  2. "Bu şəxslər AYB-də vəzifəyə seçildi". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  3. "Azeri şiiri İstanbul'da". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  4. ""Hece" dərgisinin yeni sayı Azərbaycan ədəbiyyatına həsr olunub". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  5. "Heceöykü 45.Sayı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  6. "Hece 317. Sayı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  7. "Беспокоит шёпот сердца. Cовместный проект Евразийская муза". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  8. "Салим Бабуллаоглу ...И уходи ты, ради Бога!". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  9. "Немного звука и немного безмолвия. Современная азербайджанская поэзия в переводах Ниджата Мамедова". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  10. "Ten sam wymiar wolności. O tomie poezji Selima Babullaoglu „Nie ma kto pisać do pułkownika"". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  11. "éditions La Traductière Paris, 2020". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  12. "Всесвіт. Український журнал іноземної літератури. №11-12, 2014". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  13. "Всесвіт. Український журнал іноземної літератури. №11-12, 2020". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  14. "Revista Literara. Publicatie de literatura si dialog cultural. №4, 2017" (PDF). 2023-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-12.
  15. "Награда из Сербии. Салим Бабуллаоглу удостоен престижной литературной премии". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  16. ""Əbədi təklik", yaxud "içimdəki həqiqi müəllif" - Marius Çelaru Səlim Babullaoğlunun rumınca nəşr olunan "Avqust" şeirləri kitabı haqqında yazır". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  17. "პასუხები გაზეთ „კასპის" შეკითხვებზე". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  18. "Səlim Babullaoğlu: "Azərbaycan ərəb ədəbiyyatına həmişə maraq göstərib"". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  19. "Azərbaycan ədəbiyyatı Omanın məşhur "Nizva" ədəbiyyat dərgisində". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  20. "في العدد الجديد من مجلة نزوى.. ملف يدرس اتجاهات الأدب الأذربيجاني المعاصر ومحور عن الأمريكي ستيفن كرين". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  21. "مجلة نزوى.. ملف يدرس اتجاهات الأدب الأذربيجاني المعاصر ومحور عن الأمريكي ستيفن كرين". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  22. "TÜRKSOY Yazarlar Birliyi yaradıldı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  23. "TÜRKSOY Yazarlar Birliği kuruldu". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  24. "Səlim Babullaoğlu Dünya Şairlər Hərəkatının səfiri oldu". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  25. "Səlim Babullaoğlu. Dalğalar (youtube.com)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  26. "Səlim Babullaoğlu. Təsvirə ithaf (youtube.com)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  27. "Səlim Babullaoğlu. Zəfər (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  28. "Səlim Babullaoğlu. Şuşa oratoriyası (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  29. "Səlim Babullaoğlu — 50". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  30. "Cavanşir Yusifli. Sözdən əşyaya". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  31. "Ruslan Mollayev. Sözün zəfəri (youtube.com)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  32. Bax: "Dünya ədəbiyyatı" dərgisi, 2004 (№ 1); "Ədəbiyyat qəzeti" (16. XII.2011) və "Ədəbiyyat qəzeti", 12–28. VII.2022.
  33. "Səlim Babullaoğlu 2005-2011-ci illərdə Azərbaycanda tərcümə işinin vəziyyətilə bağlı məruzə edib". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  34. "Keçmişə gələcək naminə — Qurultayqabağı məruzə — Səlim Babullaoğlu". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  35. ""Dünya ədəbiyyatı"nın yeni sayı — "Elmi baxış"". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  36. ""Dünya ədəbiyyatı — İngiltərə" işıq üzü gördü". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  37. "Səlim Babullaoğlu. "Dünya ədəbiyyatı" dərgisinin "İsrail" sayı üçün (esse)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  38. "Dünya ədəbiyyatı" jurnalının yeni nömrəsində…
  39. ""Dünya ədəbiyyatı" dərgisinin yeni sayı nəşr olundu". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  40. ""Dünya ədəbiyyatı" jurnalının yeni sayı bütövlükdə Pakistan ədəbiyyatına həsr edilib". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  41. "Sunt purul adevar (Textul): gazeluri, rubaiate: 650 de versuri /I. Nasimi ; trad. I. T. Zegrea ; aut. proiect. S. Babullaoglu ; Ambasador Extraordinar şi Plenipotentiar al Republicii Azerbaijan in Republica Moldova ; Congresului Azerilor din Moldova". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  42. "I Bakı Beynəlxalq Poeziya Festivalı başlanıb". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  43. "Yazarlarımızın Qarabağ hekayələri Ukraynada". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  44. "Monteneqroda "Qarabağ: Tale hekayələri" toplusu işıq üzü görüb". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  45. ""Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!" layihəsinə start verildi". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  46. "Dünya Şairləri Azərbaycan üçün şeir oxuyurlar (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  47. "Dünya şairləri REAL TV-də AYB Bədii Tərcümə Mərkəzi və "Ədəbiyyat qəzeti"nin birgə təşkilatçılığı ilə evdəqal kampaniyası çərçivəsində öz şeirlərini oxuyacaqlar. (youtube.com)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  48. "Azərbaycanlı şair dünya yazıçılarına müraciət etdi". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  49. "Салим Бабуллаоглу: «Именно в такие дни узнаешь, кто друг, а кто просто маскировался»". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  50. "İranlı incəsənət xadimlərinin "sülh çağırışı"na düzəliş!". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  51. "Un'intervista al poeta azero Salim Babullaoglu sulla ripresa del conflitto nel Nagorno Karabakh. Questo è il punto di vista di un poeta azero. Ospiterei anche quello di un poeta armeno". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  52. "Şuşaya salam" Beynəlxalq Poeziya layihəsinin təqdimatı olub
  53. "Səlim Babullaoğlu. "Şuşaya salam" — Space TV/Reportaj (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  54. ""Şuşaya salam" — Space TV (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  55. "Ədəbiyyat xadimlərinə Rəsul Rza Beynəlxalq mükafatı təqdim olunub". 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  56. ""Ədəbiyyat adamı" mükafatı sahiblərinə təqdim olundu". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  57. "Bir sıra yazıçı və şairə "Nizami Gəncəvi" medalı təqdim edilib". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  58. "Səlim Babullaoğluna "Vaqif Səmədoğlu" medalı təqdim edildi". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  59. "Ramiz Rövşən və Səlim Babullaoğlu "Personalite" Qızıl Medalı ilə təltif ediliblər". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  60. "Səlim Babullaoğlu və Jalə İsmayıl beynəlxalq mükafatlara layiq görülüblər - FOTOLAR". Edebiyyatqazeti.az. 2023-06-25. İstifadə tarixi: 2023-06-25.
  61. "Səlim Babullaoğlu təltif edildi". Kulis.az (az.). 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  62. https://www.bakupost.az/selim-babullaoglu-turksoy-terefinden-teltif-olundu?fbclid=IwAR2eHxIwF1mdXaCp07l5hjB3I-BLNYEhkhHD9p3fM_pn1YVdYwDPI-rGAPk[ölü keçid]
  63. "Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu". Kulis.az (az.). 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.
  64. "Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu. | WWW.YAZARLAR.AZ" (az.). 2024-01-24. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  65. ""İlyas Göçmənin şəkil dəftəri" satışa çıxarıldı". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  66. "Ən yaxşı kitablar: sorğunun ilkin nəticələri açıqlandı". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  67. "Haziranda okunan nağmeler. D&R. Music & Book Store". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  68. "Selim Babułłaogłu. Poświęcone biciu serca". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  69. ""Гимн людей в масках" Салима Бабуллаоглу на-украинском". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  70. "Selim Babullaoglu. Nie ma kto pisać do pułkownika". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  71. "کتاب و تو چه می‌دانی درد یعنی چه؟". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  72. "Salim Babullaoglu. August" (PDF). 2021-05-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-13.
  73. Selim Babullaoghlu. Gespräch mit meinem Sohn
  74. "«Дозвольте мені мовчання це по-своєму слухати…»: про речі й тишу в поезіях Саліма Бабуллаоглу – Журнал «Всесвіт»". www.vsesvit-journal.com. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  75. "Присвята мовчанню". САМІТ-КНИГА (ukrayna). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  76. "Салім Бабуллаоглу - перекладач Василя Стуса на азербайджанську". stus.center (ukrayna). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  77. "Ana Blandiana - İndi Mən Sənə İbadət Edirəm". Kitabal.az (ingilis). İstifadə tarixi: 2024-04-09.
  78. "Ana Blandiananın "İndi mən sənə ibadət edirəm" kitabına son söz - Səlim BABULLAOĞLU". Edebiyyatqazeti.az. 2023-04-12. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  79. "Instagram". www.instagram.com. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  80. "Qamış şəhərin yuxuları (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  81. "Cərrah (youtube.com)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  82. "Sözün repressiyası (youtube.com)". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  83. "Günəş və bulud (youtube.com)". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]