İmaməddin Həsənov — rejissor, aktyor.
İmaməddin Həsənov 1980-ci oktyabr ayının 15-də Quba şəhərində dünyaya gəlib. Orta təhsilini Qubada alıb. 1996-cı ildən Kimya-biologiya liseyində oxuyub. 1998-ci ildə liseyi bitirib, ADMİU-nun "rejissorluq" fakültəsinə daxil olub. Sənət müəllimləri Fikrət Məlikov və Cənnət Səlimova olublar. 1999-2006-cı illərdə Bakı Kamera Teatrında aktyor, rejissor, 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinini həmtəsisçisi və rejissoru, 2007-2008-ci illərdə Space TV-də rejissor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasının rejissorudur.
2006-cı ildə "2005-2006-cı illərin ən yaxşı gənc aktyoru" mukafatı ilə təltif olunub. Türkiyə, Rusiya, İran və digər Avropa və Asiya ölkələrində Beynəlxalq Teatr Festivallarında çıxış edib, mükafatlar qazanıb. Azərbaycan, rus və ingilis dillərini bilir.
- Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
- Cavid ömrü (film, 2007)
- Sirat körpüsü (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- "Oyaq olanlar üçün" - rejissor
- "Saqqallı uşaqlar" - rejissor
- "Dünya Azərbaycanlılarının Həmrəyliyi" - rejissor
- "Diasporamız" - rejissor
- "Teatr və tamaşaçı" - rejissor
- "Təmas nöqtəsi" - rejissor
- Rüstəm İbrahimbəyov. "Yaşıl qapı arxasındakı qadın"
- Anton Çexov. "Toy"
- Anton Çexov. "Dilənçi"
- Mirzə Cəlil. "Usta Zeynal"
- İ.Jamiak. "Mesye Amilkar"
- Qurban Səid. "Əli və Nino".
- "İtlər" (O.Kazımi və İ.Fəhmi) - Yemiş
- "Albalı bağı" (Anton Çexov) - Trofimov Petr Sergeyeviç
- "Sən məni atmazsan ki..." (Con Steynbek) - Qıvrımsaç
- "Qedda Qabler" (Q.İbsen) - Yorqan Tesman
- "Otello" (Uilyam Şekspir) - Rodriqo
- "Lənkəran xanının vəziri" (Mirzə Fətəli Axundov) - Teymur ağa
- "Məkkəyə yol" (M.Cəlil) - Aparıcı (əhvalatları nəql edən)
- "Ezop"(F.Qilyerme) - Həbəş
- "Qodo həsrətində" (Semyuel Bekket) - Lakki
- "Şeyx Sənan" (Hüseyn Cavid) - Kor ərəb
- "Məkr və Məhəbbət" (Fridrix Şiller) - Ferdinand fon Valter
- "Həyat" (İ.Mehdiyev və İ.H.) - İnsan (mono)
- "Əli və Nino" (Qurban Səid) - Arslan ağa