Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İmam Xomeyni türbəsi (fars. حرم سید روحالله خمینی) - İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən türbə kompleksidir. Türbənin tikintisinə 1989-cü ilin 19 iyul tarixində memar Pərviz Moyyadın layihəsi əsasında başlanılmış və tikinti işləri 1992-ci ilin 2 iyun tarixində yekunlaşdırılmışdır. İmam Xomeyni türbəsi adından da göründüyü kimi İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu Ruhullah Xomeyninin məzarı üzərində inşa edilmişdir.
İmam Xomeyni türbəsi | |
---|---|
آرامگاه سید روحالله خمینی | |
35°32′57″ şm. e. 51°21′59″ ş. u. | |
Ölkə | |
Yerləşir | Tehran |
Tikilmə tarixi | 1989 |
Üslubu | islam memarlığı |
Hündürlüyü | 91 m |
Material | beton, mərmər |
Rəsmi sayt | astaan.ir |
Vikianbarda əlaqəli mediafayllar |
Türbədə Ruhullah Xomeyni və onun ailəsi, eyni zamanda İran İslam Respublikasının keçmiş prezidenti olan Əli Əkbər Haşimi Rəfsəncani və başqa siyasətçilərin məzarları vardır. Türbə Tehran şəhərinin cənubunda Beheşte- Zəhra məzarlığındadır. Türbə İran İslam İnqilabının və İranın Ali Dini Lideri Ruhullah Xomeyninin 3 iyun 1989-cu ildə ölümündən sonra tikilməyə başlanmışdır.
Tikinti işləri hələ də davam etdirilən bu türbə tikilib qurtarandan sonra təxminən 20km²-lik bir sahəyə, turizm və mədəniyyət mərkəzinə, İslam dini ilə bağlı araşdırmalar Universitetinə, alış-veriş mərkəzinə çevriləcək. Həmçinin türbənin 20.000 avtomobillik bir avtodayanacağa sahib olması da planlaşdırılmışdır. İran hökuməti bu məqsəd ilə 2 milyard ABŞ dolları həcmində maliyyə ayırmağı planlaşdırır.