İmperatriça Myonsonun sui-qəsdi

İmperatriça Myonsonun sui-qəsdiÇoson kralı Koconun həyat yoldaşı olan İmperatriça Myonsonun 8 oktyabr 1895-ci ildə Yaponiya casusları tərəfindən öldürülməsi hadisəsi. Hadisə Koreyada Eulmi insidenti (kor. 을미사변) adı ilə tanınır.

Eulmi insidenti
Sui-qəsdin baş verdiyi Okhoru pavilyonu.
Sui-qəsdin baş verdiyi Okhoru pavilyonu.
Ümumi məlumatlar
37°34′59″ şm. e. 126°58′38″ ş. u.
Yeri Kyonbokkun sarayı, Seul, Çoson
Hücumun hədəfi İmperatriça Myonso
Tarix
  • 8 oktyabr 1895
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxa plan[redaktə | mənbəni redaktə et]

Birinci Çin-yapon müharibəsindən sonra Rusiya imperiyası Yaponiyanın Koreya yarımadasındakı ən böyük rəqibi olmuşdur. Yaponlar 1895-ci ildə Koreyanı Yaponiyanın protektoratlığına çevirmək istəsələr də, yerli dəstəyi qazana bilməmişdirlər. Buna görə də yaponlar Yaponiyanın Koreyadakı mövcudluğuna qarşı olan önəmli siyasi şəxsləri aradan qaldırmaq istəyirdilər. Bu şəxslərdən ən əhəmiyyətlisi kralın həyat yoldaşı olan İmperatriça Myonso idi.[1]

Sui-qəsd[redaktə | mənbəni redaktə et]

8 oktyabr 1895-ci ildə səhər saatlarında Yaponiyanın Seulda yerləşən nümayəndiliyi koreyalılar kimi geyinərək Yaponiyanın Koreyadakı səfiri olan Miura Qoronun başçılığı ilə Kyonbokkun sarayına irəliləmişdirlər.[1] Miura Qoro sui-qəsd planını "Tülkü ovu əməliyyatı" adlandırmışdı. Yapon və koreyalılardan ibarət 50 nəfərlik sui-qəsd qrupu saraya qarşı hücum təşkil etmişdir.[2]

Sui-qəsdçilər Kral Koçonu tutsalar da, ona xəsarət yetirməmişdirlər. Onlar kraliçanın yatdığı kvartala hücum etmiş və kraliçanı tutmuşdurlar. Əvvəlcə onun kraliça olduğundan əmin olmaq üçün onu sorğu-suala tutmuşdurlar. Daha sonra onu soyundurmuş, zorlamış və sonda qılıncla öldürmüşdürlər. Sui-qəsdçilər kraliçanın cəsədini bölgədəki xaricilərə göstərmişdirlər. Daha sonra cəsədi sarayın ətrafındakı meşəyə aparmış, üzərində kerosin tökərək yandırmış və küllərini ətrafa saçmışdırlar.[2]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sui-qəsdin üstü açıldıqdan sonra Yaponiya beynəlxalq tənqidlə üzləmişdir. İmperatriçanın ölümü Koreya sarayında Yaponiyaya qarşı qorxunun və kinin yaranmasına səbəb olmuşdur. 1896-cı ilin fevralında yapon qoşunları paytaxt yaxınlığına daxil olanda Kral Koçon Rusiya nümayəndəliyinin binasına sığınmış, burada yaponlara qarşı əks-təbliğat hərəkatı gerçəkləşdirilmişdir. 1896-cı il boyunca yapon nümayəndələr qovulmuş, sui-qəsd cəhdində iştirak edən və yaponlarla əməkdaşlıq edən koreyalılar edam olunmuşdur.[1]

Yaponlar sui-qəsd cəhdi nəticəsində ruslarla yaranmış gərginliyi azaltmaq üçün 1896-cı ildə Komura–Veber memorandumunu və 1898-ci ildə Nişi-Rozen sazişini imzalamışdırlar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Kowner. səh. 237
  2. 1 2 PhD, History; J. D., University of Washington School of Law; B. A., History. "Biography of Queen Min, Korean Empress". ThoughtCo (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2023.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]