İmperiya dairəsi (lat. Circulus imperii, alm. Reichskreis) Müqəddəs Roma İmperiyasında regional qruplaşma bölgüsü idi. Dairələr imperiyada ümumi müdafiə strukturu yaratmaq və vergiləri toplamaq üçün yaradılmışdır.
1500-cü ildə Auqsburq məclisində altı İmperator dairəsi layihəsi təqdim edildi. 1512-ci ildə bu siyahıya daha üç dairə əlavə edildi və böyük Sakson dairəsi ikiyə bölündü. 1512-ci ildən Napoleon dövründə Müqəddəs Roma İmperiyasının dağılmasına qədər on İmperiya dairəsi var idi. Bohemiya, İsveçrə Konfederasiyası və İtaliya, eləcə də imperatorun azadlıq verdiyi şəhərlər heç bir dairəyə daxil deyildi.
Auqsburq məclisində qurulan dairələr:
Əvvəllər Habsburqlar və kürfürstlərin əlində olan ərazilər əhatəsiz qaldı. 1512-ci ildə Trir və Kölndəki iclas bu torpaqları daha üç dairədə təşkil etdi:
Həmçinin, Sakson dairəsi aşağıdakılara bölündü:
İmperiya 1581-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının ayrılmasından sonra və 1679-cu il Nimveqen sülhündə Fransanın ilhaqı zamanı bir neçə qərb ərazisini itirsə də, on dairə 1790-cı illərin əvvəllərinə qədər dəyişməz qaldı.
Bəzi dairələr faktiki olaraq güclü bir zadəgan ailəsinin nəzarətində idi. Avstriya dairəsi, demək olar ki, Habsburqların irsi torpaqları ilə uyğun gəlirdi. Burqundiya dairəsi İspan Habsburqlarının (Franş-Konte və Habsburq Niderlandı) nəzarət etdiyi ərazini əhatə edirdi. Bavariya dairəsi əsasən Vittelsbaxların Bavariya hersoqluğundan və onun peyklərindən ibarət idi. Yuxarı Sakson Dairəsində Saksoniya kürfürstləri (üstəlik onun peyk Ernestin hersoqluqları) və Brandenburq kürfürstləri üstünlük təşkil edirdi.