İncəsənət Universiteti (alb. Universiteti i Arteve) — Albaniyada yerləşən Universitet, (əvvəllər "İncəsənət Akademiyası" alb. Akademiae Arteve kimi tanınırdı); incəsənət sahəsində ali təhsil verən ölkənin əsas təhsil müəssisəsidir.
İncəsənət Universiteti | |
---|---|
41°19′04″ şm. e. 19°49′12″ ş. u. | |
Əsası qoyulub | 1966 |
Tip | dövlət |
Rektor | Petrit Malaj[1] |
Tələbə sayı | 1200 |
Şəhər | Tirana |
Ölkə | |
Sayt | uart.edu.al |
Təhsil müəssisəsi 1966-cı ildə Ali İncəsənət İnstitutu kimi təşkil edilmişdir (alb. Instituti i Lartë i Arteve). Universitet 3 ali təhsil müəsisəsinin birləşdirilməsindən meydana gəlmişdir:Tirana Dövlət Konservatoriyası (alb. Konservatorin Shtetëror të Tiranës), Ali incəsənt məktəbi (alb. Shkollën e Arteve të Bukura) və «Aleksandr Mosis» aktyorluq məktəbi (alb. Shkollën e Lartë të Aktorëve “Aleksandër Moisiu”). Albaniya ilə SSRİ arasında kommunist əməkdaşlıq dövründə universitet rus musiqisinin ənənələrini klassik musiqi və baletdə tədris prosesində istifadə etmək imkanı qazanmışdı. 1991-ci ildə İncəsənət İnstitutu İncəsənət Akademiyasına çevrilir. 12 oktyabr 2009-cu ildə "Böyük magistr" ordeni ilə mükafatlandırılmışdır. 23 mart 2011-ci ildə Albaniyası Nazirlər Sovetinin qərarı ilə Akademiya Uuniversitetə çevrilir. 2011-2012-ci tədris ilində öz işinə başlamışdır. Universitet hələ də Rusiyanın balet və klassik musiqi məktəbi ilə əlaqələr saxlayır.
Universitetə 3 fakultəyə sahibdir:
Universitet məzunları yalnız Albaniyada deyil, xaricdə də tanınırlar. Onlar arasında: