İndeksləşdirmə

İndeksləşdirmə (Indexing)

1) İnvestisiya portfelinin müəyyən fond indeksinin (məsələn, S&P 500 kimi) təmsil etdiyi qiymətli kağızlar və bu indeksin qiymətində onların çəkilərinə uyğun şəkildə formalaşdırıldığı passiv investisiya strategiyası. Başqa sözlə, investisiya portfelinin müəyyən fond indeksinə bağlanması (investisiyanın bu indeksin hesablanmasında nəzərə alınan qiymətli kağızlara qoyulması);

2) Əmək haqqı, pensiya, sosial yardımlar, kredit məbləğləri, faiz dərəcələri və s. bu kimi  gəlirlərin (və ya xərclərin) inflyasiyadan müdafiə olunması üçün onların qiymət indeksləri ilə əlaqələndirilməsi. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.107