İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı.
İndiana Cons və tale məbədi | |
---|---|
ing. Indiana Jones and the Temple of Doom | |
Janr | döyüş filmi[2][3][…], macəra filmi[2][3][…] |
Əsas mövzu | Quldarlıq quruluşu |
Rejissor | Stiven Spilberq |
Prodüser | Robert Uatts |
İcraçı prodüser | Frenk Marşall[d] |
Ssenari müəllifləri |
Uillard Hayk Qloria Katz |
Baş rollarda |
Harrison Ford Keyt Kepşou |
Bəstəkar | Con Vilyams |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures, MOKEP[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 23 may 1984[2][4][…] |
Müddət | 118 dəqiqə[1] |
Büdcə | $28,17 mln. |
Gəlir | $333,1 mln. |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1984 |
Sonrakı film | İndiana Cons və son səlib yürüşü (film, 1989) |
Rəng | rəngli |
Çəkiliş yeri | Kaliforniya, Florida, Arizona |
IMDb | ID0087469 |
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər.[5][6][7] Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib[8] və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş.[7] Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb. Frenk Marşalın xatirələrinə görə, cücülü səhnələri çəkib, dəstə üzvləri evə qayıdıb saçlarında, əyinlərində və ayaqqabılarında cücüləri tapırdı.[9]
Şanxay səhnələri üçün çəkilişlər o zaman Portuqaliyanın koloniyası olan Makauda keçirilib.[7]
Filmin üzərində işləyən Dennis Myuren ilə Industrial Light & Magic şirkətinin vizual effektlər şöbəsi 1985-ci ildə ən yaxşı vizual effektlərə görə Oskar mükafatını alıb. Filmin bəsətkarı Con Vilyams isə Ən yaxşı musiqiyə görə Oskar mükafatının namizədi olub.[10]
Filmdəki hind mədəniyyətinin təsviri qalmaqal yaradaraq Hindistan senzorlarının diqqətini cəlb etmiş. Beləliklə, film qadağan olaraq kinoteatrlarda göstərilməyib. O, Hinidstanda daha sonra video kaset şəkildə buraxılıb.[11][12]