İndira Radiç

İndira Radiç (serb. Индира Радић 14 iyun 1966, Doboy) — Serb pop xalq müğənnisi. Serbiyalı Şakira olaraq anılır.

İndira Radiç
Doğum tarixi 14 iyun 1966(1966-06-14) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1985-ci ildən
indira.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

İndira Subotiç Bosniyanın Doboy şəhərinin yaxınlığındakı Draqalovtsi kəndində Bosniya serblərinin ailəsində anadan olmuşdur[1]. Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır[2]. Kiçik yaşlarından valideynləri onun müğənni istedadını fərq etdilər, buna görə də çox kiçik yaşlarından İndira bir çox musiqi yarışmasında iştirak edir[3]. Məktəbi bitirdikdən sonra doğma məmləkətindəki tibb kollecinə daxil olur. Üç il Zaqrebdəki Stoyanoviç Mladen xəstəxanasında tibb bacısı kimi çalışır və 90-cı illərin əvvəllərində Serbiyaya köçür. 2011-ci ilin dekabr ayında İndira Şərq, şimal, cənub və qərb adlı on beşinci yubiley albomunu buraxdı. Albomda İndira həmkarı Stanko Marinkoviç ilə duetdə fransızca səsləndirdiyi Mariya da daxil olmaqla 17 yeni mahnı daxil idi. Mahnı yayımlandıqdan sonra 24 saat ərzində YouTube portalında 100 mindən çox baxış toplayaraq böyük bir müvəffəqiyyət qazandı və bir həftə sonra videoçarx YouTube tarixindəki bütün şərh videolarından yeddinci yeri tutdu. 2015-ci ildə İndira əsasən Serbiyanın bütün klublarında çıxış edir. Oktyabr ayında 18 ildən sonra Grand Production ilə müqaviləni pozdu və başqa bir City Records şirkəti ilə müqavilə bağladı.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Studiya albomları[redaktə | mənbəni redaktə et]

  1. 1992 — Награда и казна / Mükafat və cəza
  2. 1993 — Због тебе / Səndən ötrü
  3. 1994 — Угаси ме / Məni dəyiş
  4. 1995 — Иди из живота мога / Уходи из моей жизни
  5. 1996 — Круг
  6. 1997 — Издајник / Xain
  7. 1998 — Волиш ли ме ти / Sən məni sevirsən
  8. 2000 — Миленијум /Millenium
  9. 2001 — Где ћемо вечерас / Bu gecə biz hara gedirik
  10. 2002 — Поцрнела бурма
  11. 2004 — Змаj / Əjdaha
  12. 2005 — Љубав кад престане
  13. 2007 — Лепо се проведи
  14. 2008 — Хероји
  15. 2011 — Исток, север, југ и запад / Şərq, qüzey, güney və qərb
  16. 2015 — Нико није савршен / Heç kim mükəmməl deyil

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dobro veče Srbijo sa Indirom Radić - Story.rs - Upoznajte poznate". 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11. 7. 2013..
  2. "Indira Radić". 2012-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15. 9. 2011..
  3. "Indira Radic Biografija". 2013-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.