İndoneziya–Özbəkistan münasibətləri

İndoneziya–Özbəkistan münasibətləriÖzbəkistan Respublikası ilə İndoneziya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İkitərfli əlaqələr rəsmi olaraq 23 iyun 1992-ci ildə qurulmuşdur. Bu ölkələrin hər biri digərinin potensialının vacibliyini dərk edir. Beləliklə Özbəkistan dünyanın ən böyük müsəlman dövləti və Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziyanın strateji əhəmiyyətini tanıyır. İndoneziya isə Özbəkistanı Orta Asiya və potensial bazar üçün bir qapı hesab edir[1][2]. Hər iki ölkənin əhalisi əsasən müsəlmandır; həm Özbəkistan, həm də İndoneziya İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCOBeynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.

İndoneziya–Özbəkistan münasibətləri
İndoneziya və Özbəkistan
 İndoneziya  Özbəkistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cümhuriyyətlər arasında tarixi əlaqələr Özbəkistanın müstəqilliyindən çox əvvəl başlamışdır. 1961-ci ildə İndoneziya lideri Sukarno Sovet İttifaqına səfəri zamanı Səmərqənddə İmam Məhəmməd əl-Buxarinin məqbərəsini ziyarət edir.

28 dekabr 1991-ci ildə İndoneziya Özbəkistanın SSRİ-dən müstəqilliyini tanıyır[3]. Diplomatik münasibətlər Özbəkistan Prezidenti İslam Kərimovun İndoneziyaya rəsmi səfəri zamanı qurulur. İndoneziya Daşkənddə 1994-cü ilin mayında, Özbəkistan isə 1996-cı ildə Cakartada səfirliyi açır[4].

Ticarət və investisiya

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasındakı ticarət 10-30 milyon ABŞ dollar arasındadır. 2007-ci ildə 28,27 milyon dollar, 2008-ci ildə 13,75 milyon dollar olmuşdur. Özbəkistan İndoneziyaya elektrik avadanlığı, yun, pambıq və keçə ixrac edir. İndoneziya isə kakao, çay, tütün, bitki və heyvan yağları, təkər, tikmə və müxtəlif xırda məhsullar ixrac edir[4].

2001-ci ildə Səmərqənddə hər il iyirmidən çox tələbənin təhsil aldığı İndoneziya dilini öyrədən bir mərkəz açılır. İndoneziya dili Səmərqənd Dövlət Dünya Dilləri İnstitutu və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda da tədris olunur. Ölkələr arasındakı mədəni mübadilə çox vaxt münasibətləri yaxşılaşdırır. 1 may 2013-cü il tarixində Daşkənd Konservatoriyasının zalında Özbək rəqqaslarının ifasında İndoneziya rəqsləri göstərilmişdir[5].

  1. "Uzbekistan wants to reshape relations with Indonesia". Veeramalla Anjaiah and Kanupriya Kapoor. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  2. "Indonesia-Uzbekistan Sepakat Tingkatkan Kerjasama Perdagangan". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  3. "Mesranya Indonesia dan Uzbekistan". Budi Hermana. 2014-04-27 tarixində arxivləşdirilib.
  4. 1 2 "Indonesia–Uzbekistan Cooperation". Uzbekistan Embassy in Jakarta. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11.
  5. "Indonesia-Uzbekistan Cultural Performance Mempererat Persahabatan Masyarakat Kedua Negara". KBRI Tashkent. 2014-04-27 tarixində arxivləşdirilib.