İnfant Qabriel (isp. Gabriel Antonio Francisco Javier Juan Nepomuceno José Serafín Pascual Salvador) (12 may 1752, Portiçi, Kampaniya – 23 noyabr 1788[1][2]) – İspaniya kralı III Karlın oğlu, İspaniya infantı.
İnfant Qabriel | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1752 |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1788[1][2] (36 yaşında) |
Vəfat səbəbi | Təbii çiçək |
Fəaliyyəti | mesenat[d], tərcüməçi |
Atası | III Karl |
Anası | Saksoniyalı Mariya Amaliya |
Həyat yoldaşı | İnfanta Marianna Viktoriya |
Uşağı | İnfant Pedro Karlos |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlıq illəri Neapoldakı Portiçi sarayında keçən Qabriel 7 yaşında ikən atasının İspaniya taxtına çıxmasının ardından valideynləriylə birlikdə Madridə köçdü. Burada ikən 1785-ci ildə Portuqaliya kraliçası I Mariyanın qızı Marianna Viktoriya ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı olsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi.
Son övladının doğumundan sonra Qabriel və xanımı çiçək xəstəliyinə tutuldu. Çox keçmədən öncə xanımı, daha sonra yeni doğulan oğlu, ardından isə İnfant Qabriel vəfat etdi.