I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[1][2][…], Lissabon – 20 mart 1816[1][2][…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi.
I Mariya | |
---|---|
port. Maria I de Bragança | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 dekabr 1734[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart 1816[1][2][…] (81 yaşında) |
Vəfat yeri | |
Atası | I Jozef (Portuqaliya kralı) |
Anası | Marianna Viktoriya (Portuqaliya kraliçası) |
Həyat yoldaşı |
|
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
Ərinin 1786-cı ildə vəfatından sonra təkbaşına hakimiyyəti ələ alan Donna Mariya öncə ərinin, daha sonra isə varisi İnfant Xosenin ölümü ilə psixoloji sarsıntı keçirdi. Kiçik oğlu İnfant Con taxt naibi olaraq krallığın idarəsinə gətirildi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə Donna Mariya və bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. 1815-ci ildə Braziliya krallığının elanı ilə Donna Mariya Braziliya kraliçası oldu. Ancaq cəmi 1 il sonra vəfat etdi və oğlu İnfant Con taxta çıxdı.