İnfanta Mariya del Pilar (isp. María del Pilar Berenguela Isabel Francisca de Asís Cristina Sebastiana Gabriela Francisca Caracciolo Saturnina de Borbón y Borbón) (4 iyun 1861[1][2][…], Madrid – 5 avqust 1879[1][2][…], Gipuskoa vilayəti[d], Basklar ölkəsi) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası.
Mariya del Pilar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | María del Pilar Berenguela, Isabel Francisca de Asís, Cristina, Sebastiana Gabriela, Francisca Caracciolo, Saturnina, Fernanda Francisca de Paula Luisa Antonia de Padua, Dominga de Silos Gregoria, Juana Evangelista, María del Olvido, Alfonsa Dorotea, Josefa Joaquina, María Ana del Cármen, María de la Luz, Agueda Lucía, Juana Bautista, María del Triunfo,María de las Misericordias, María de los Desamparados, María de la Piedad, María de la Almuclena, María de Atocha, María del Milagro, María de Loreto, Maiía del Buen Parto, María de la Paloma, María de Guadalupe, María delas Mercedes, María del Buen Suceso, María delPatrocinio, Jesusa Elena, María de los Angeles, Melchora, Gaspara , Baltasara, Rosalía, Bibiana, Teresa, Enriqueta, María del Consuelo, Caralampia , Constancia , Micaela, Rafaela, todas las advocaciones de la Santísima Virgen, etc... de Borbón[3] |
Doğum tarixi | 4 iyun 1861[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 1879[1][2][…] (18 yaşında) |
Vəfat yeri |
|
Atası | Fransisko Asis Burbon |
Anası | II İzabella |
Ailəsi | Burbonlar |
Vikianbarda əlaqəli mediafayllar |
7 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı.
Parisdə qalan anası kraliça İzabella onun evlilik planlarını yürütməyə başladı. Namizəd olaraq isə III Napoleonun oğlu və varisi Şahzadə Napoleon seçilmişdi. Üstəlik varisin anası Yevgeniya da bu cütlüyün evlənməsini dəstəkləyirdi. Ancaq vəliəhd 1879-cu ildə bir çatışmada həlak oldu. Çox keçmədən Mariya da anidən vəfat etdi.