II İzabella (isp. María Isabel Luisa de Borbón y Borbón-Dos Sicilias) (10 oktyabr 1830[1][2][…], Madrid[2] – 9 aprel 1904[1][3][…], Paris[2]) — İspaniya kraliçası. Atası İspaniya kralı VII Ferdinand, anası isə İki Siciliya kralı I Fransiskin qızı Mariya Kristinadır. Hələ 3 yaşında ikən atasının ani vəfatının ardından İspaniya kraliçası elan edildi. Ancaq onun taxta çıxması əmisi İnfant Karl İsidros tərəfindən tanınmadı və beləcə ölkədə vətəndaş müharibəsi başladı. 1833–1840-cı illərdə anası Mariya Kristinanın, növbəti 3 ildə isə ordu generalı Baldomerin naibliyi ilə ölkə idarə edildi. Bu müddət ərzində ölkədə mütləq monarxiyaya son qoyulmuş, 1834 və 1837-ci illərdə qəbul edilən qanunla konstitusiyalı monarxiyaya keçilmişdi.
II İzabella | |
---|---|
isp. Isabel II | |
Şəxsi məlumatlar | |
Doğum adı | María Isabel Luisa de Borbón |
Doğum tarixi | 10 oktyabr 1830[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 1904[1][3][…] (73 yaşında) |
Vəfat yeri | |
Atası | VII Fernando |
Anası | Siciliyalı Mariya Kristina |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
1844-cü ildə hakimiyyəti ələ alan II İzabellanın səltənəti intriqalarla keçdi. Nəticədə 1868-ci ildə baş tutan inqilabla taxtdan devrildi və ailəsiylə birlikdə Fransaya qaçdı. 1870-ci ildə rəsmi olaraq taxtdan çəkildiyini elan etdi.