XII Alfonso (isp. Alfonso Francisco de Asís Fernando Pío Juan María de la Concepción Gregorio Pelayo) (28 noyabr 1857[2][3][…] – 25 noyabr 1885[2][3][…]) — İspaniya kralı. Anası İspaniya kraliçası II İzabella, atası isə kral-konsort Fransisko Asisdir. Anasının 1868-ci ildə taxtdan endirilməsindən sonra ailəsiylə birlikdə ölkədən qaçdı və ilk təhsilini də aldığı Avstriya və Fransada yaşadı. 1874-cü ildə Birinci İspaniya Respublikasına qarşı baş tutan silahlı çevrilişin ardından taxta dəvət edildi və İspaniyada monarxiya bərpa edildi. Buna baxmayaraq 1885-ci ildə hələ 27 yaşında ikən vəfat etdi. İspaniya tarixinin səltənətdə ikən vəfat edən son monarxı olaraq bilinir. Ölümü əsnasında xanımı Mariya Kristina hamilə idi və bu səbəblə uşağın doğulması gözlənildi. Nəticədə ölümündən 6 ay sonra dünyaya gələn oğlu XIII Alfonso adıyla İspaniya kralı elan edildi.
XII Alfonso | |
---|---|
isp. Alfonso XII[1] | |
| |
Asturiya şahzadəsi[d] | |
1857 – 1868 | |
Əvvəlki | İnfanta İzabella |
Sonrakı | İnfanta İzabella |
Şəxsi məlumatlar | |
Doğum adı | Alfonso Francisco de Asís Fernando Pío Juan María de la Concepción Gregorio Pelayo de Borbón y Borbón . |
Doğum tarixi | 28 noyabr 1857[2][3][…] |
Vəfat tarixi | 25 noyabr 1885[2][3][…] (27 yaşında) |
Vəfat səbəbi | vərəm[1], dizenteriya |
Atası | Fransisko Asis Burbon[1] |
Anası | II İzabella[1] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5] |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |