İnformasiyalaşdırma – informasiya-kommunikasiya texnologiyalarını (İKT) tətbiq etməklə istifadəçilərin informasiya tələbatlarının ödənilməsi üçün optimal şəraitin yaradılması prosesidir. İnformasiyalaşdırma prosesində, ilkin olaraq, informasiyanın toplanması, emalı, onun saxlanması və analizi üçün böyük işlərin görülməsi zəruridir. İstənilən sahədə rasional həll yollarının tapılması böyük həcmdə informasiyanın emalına əsaslanır, bu isə xüsusi texniki vasitələr cəlb olunmadan praktiki olaraq qeyri-mümkündür[1]
Cəmiyyətin informasiyalaşdırılması problemləri ilə məşğul olan alimlər kimi, İ. Rakitov, A.D. Ursul, A.P. Erşov və s., bu sahəni inkişaf etdirənlərdən R.F. Abdeev, E.N. Pasxin və s., statistik metodların, sosial və sosial-siyasi proseslərin riyazi modelləşdirilməsi sahəsində Y.M. Plotinskiy, B.A. Suslakov, V.Y. Rozenberq və s. adlarını qeyd etmək olar.
Cəmiyyətin informasiyalaşdırılması – informasiya resurslarının formalaşdırılması və istifadəsi əsasında vətəndaşların, dövlət və yerli idarəetmə orqanlarının, təşkilatların, ictimai qurumlarının informasiya tələbatlarının ödənilməsi və informasiya hüquqlarının reallaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi və elmi-texniki prosesdir.[1]
Azərbaycan Respublikasında İC-nin qurulması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. 1998-ci ildə informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılmasını və onlardan istifadə olunmasını, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Qanunda informasiyalaşdırma – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses kimi verilmişdir. İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: