Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü.
Avropa uleksi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Klad: Triba: Cins: Növ: Avropa uleksi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir
Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
İstisevən, rütubətli, gilli torpaqlarda bitir. Abşeronun sərt şaxtalarına davamsızdır.
Bakı, Gəncə şəhərlərində və bir çox rayonlarda mədəni şəraitdə rast gəlinir.
Dekorativ xüsusiyyətlidir. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Bu növ bəzən atlar üçün yem kimi istifadə edilir. Çiçəklərindən sarı boya alınır. Qabığından isə tibbdə istifadə edilir.