Onlayn ensiklopediya

Onlayn ensiklopediyainformasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elmtexnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu.

Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir. Məhz yerli sakinlər Qonolulu aeroportundan şəhərə gedən avtobusları belə adlandırırlar. Viki texnologiyası əsasında qurulan virtual ensiklopediya bir axtarış sistemi kimi istifadəçilərin sorğuları əsasında tez bir zamanda informasiya xidməti göstərmək məqsədini daşıyır. Sistemdə verilən informasiyalar konkret olmaqla, yalnız hər hansı obyekt haqqında qısa informasiya verilir. Vikipediya virtual ensiklopediyası 15 yanvar 2001-ci ildə fəaliyyətə başlamışdır. Onun yaradıcıları Oqayo universitetinin Fəlsəfə doktoru Larri Sanqer və amerikalı sahibkar Cimmi Uelsdir. Onlar əvvəlcə ― Nupediya — İnternet ensiklopediyasını yaratdılar. Bu virtual ensiklopediya öz sahəsinin mütəxəssisləri olan könüllü müəlliflər tərəfindən yazılırdı. Lakin iş uzanırdı, məqalələrin sayı isə yüzdən də az idi və Senqerlə Uels ikinci layihəni – Vikipediyanı buraxmaq qərarına gəldilər. Onlar fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan insanlar sayəsində meydana gələcək, dünyanın ən dolğun onlayn ensiklopediyasını yaratmaq istəyirdilər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediyanı dünyanın ən populyar 10 saytı sırasına daxil etmişdir. Viki proqramının köməyi ilə yaradılan ensiklopediya sayta daxil olan hər bir kəsə istənilən informasiyanı dəyişmək imkanı verməklə, bu dəyişikliyi digər İnternet istifadəçilərində görünməsini təmin edir.

Vikipediyanın əhəmiyyətliliyi

[redaktə | mənbəni redaktə et]

Vikipediyada periodik olaraq bu və ya digər məqalənin götürülməsi haqqında tələblər təqdim olunur. Vikipediyanın redaktorları dərc olunan informasiyaları izləyirlər və bəzi hallarda mübahisəyə səbəb olan məqalələrdə müvəqqəti olaraq azad redaktəyə qadağa qoyur, bəzən isə məqaləni tamamilə bağlayırlar.

EncartaMicrosoft şirkətinin yayımladığı rəqəmsal-multimedia ensiklopediyasıdır. 1993-cü ildə yaradılmış və 2009-cu ilə kimi istifadə olunmuşdur. Digər onlayn ensiklopediyalardan yüksək dərəcəli interaktivliyi ilə fərqlənirdi. Ensiklopediyaya müraciət pulsuz idi. Lakin saytın daha geniş imkanlarından istifadə etmək istəyən internet istifadəçiləri pul ödəməklə "Encarta"-dan qeydiyyatdan keçə bilərlər. Ensiklopediya ingilis dilindədir və tarixi sənədlərin kopyaları, məşhur adamların çıxışlarının audio və video fraqmentləri, çoxlu sayda unikal yazılarla zəngindir. Ən əsası isə digər ensiklopediyalarda rast gəlinməyən virtual atlasa malikdir. Axırıncı Encarta ensiklopediyasında 68 mindən artıq məqalə, cürbəcür statistik məlumat, video, tarixi kartlar, lüğətlər və xeyli digər lazimlı və maraqlı məlumatlar yerləşdirilmişdir.

EOLSS (ing. Encyclopedia of Life Support Systems) — Həyat təminatı sistemlərinin ensiklopediyası. Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem ödənişlidir, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür.

Ensiklopediyaları

[redaktə | mənbəni redaktə et]

Everything2 (E2) — Vikipediya texnologiyasına oxşar texnologiya vasitəsilə insan biliyinin bütün sahələrindən informasiyaları toplayan veb-sayt və onlayn cəmiyyətdir. İnternetdə fəaliyyət göstərən ən böyük ensiklopediyalardan biridir. Everything2 (E2)-dən əvvəl, Neyt Oostendorp, tərəfindən 1998-ci ildə Everything (E1) saytı yaradıldı. Sayt Slashdot bloqu ilə sıx bağlı idi və bloq tərəfindən reklam olunurdu. E2 Proqram təminatı E1 proqramına nisbətən daha funksionaldır. 13 noyabr 1999 və 2000-ci illərdə E1 saytındakı bütün informasiyalr E2-yə köçürülmüşdür. E2'nin qabaqcılı, mart 1998-ci ildə Nathan Oostendorp tərəfindən başladılan və başlanğıcda texnologiya ilə əlaqədar xəbər veb-saytı Slashdot'la yaxından əlaqəli olan və inkişaf edilən "Everything" (daha sonra "Everything2" və ya "E2" olaraq adlandırılan) adlı bənzər bir veb-sayt idi.

IBList (ing. Internet Book List) – İnternetdə ədəbiyyat üzrə verilənlər bazasıdır (VB). 2003-cü ildə Patrik Ros tərəfindən yaradılmışdır. 2007-ci ilin noyabr ayının axırlarına olan məlumata görə IBList onlayn ensiklopediyasında 60 min kitab, 18 min müəllif və 4400 kitab seriyaları haqqında məqalə vardır. Ensiklopediyaya həm də çoxlu sayda müxtəlif hekayələr, kitablar haqqında müxtəlif müəlliflərin fikirləri və s. daxil edilmişdir. Obyektlərin strukturlaşdırılması reytinqə, janra, kitab və ya əsərin adına, müəllifin ad və soyadına görə aparılır. Qeydiyyatdan keçmiş istifadəçilər ensiklopediyada hər hansı əsər haqqında fikirlərini yaza bilərlər. Eyni zamanda IBListin verilənlər bazasına yeni kitabların, müəlliflərinməqalələrin daxil edilməsi haqqında təkliflərini verə bilərlər. Bu təkliflər saytın idarəçiləri tərəfindən öyrənilir. IBList saytında ədəbiyyat mövzusunda formlar da keçirilir. Ensiklopediya ingilis dilində fəaliyyət göstərdiyindən məqalələrin çoxu indilis dilində bədii ədəbiyyat haqqındadır.

Sitizendium (ing. Citizendium – citizens compendium of everything) – universal vətəndaş xəzinəsi. Vikipediyanın yaradıcılarından biri olan Larri Sanqer 2007-ci il martın 26-da virtual ensiklopediyaya alternativ olan Sitizendium onlayn ensiklopediyasını yaratdığı barədə xəbər verdi. Senqer təkcə ingilis dilində 2,4 mln. məqaləyə malik olan Vikipediyanın müvəffəqiyyətini etiraf edir. Vikipediyada olduğu kimi Sitizendium da pulsuzdur və istifadəçilər tərəfindən doldurulur. Lakin burada müəllifin göstərilməsi vacibdir, məqalələr isə ekspertlər tərəfindən təsdiq olunmalıdırlar. Məqsəd isə Vikipediyada olan problemin Sitizendiumda qarşısını almaqla çoxsaylı səhvlərdən və ziyankarlıqlardan ensiklopediyanın qorunmasıdır.

Hal-hazırda mətnlərin düzəlişində iştirak üçün təqribən 900 müəllif və 200 redaktor cəlb edilmişdir. Saytda artıq 7000-dən çox məqalə yerləşdirilmişdir ki, onlardan çoxu ekspertlər tərəfindən təsdiqlənmış, diğərlərinin dəqiqlik dərəcələri yaşıl işarə ilə bildirilmişdir. Sitizendium layihəsi birinci növbədə Vikipediyada olan nöqsanların aradan qaldırılmasına istiqamətlənmişdir. Vikipediyanın bütün müsbət keyfiyyətlərini saxlamaqla əsas problem sayılan anonim istifadəçilərin səhv və ziyankarlıqlarından xilas olmaq Sitizendiumda öz həllini tapmışdır. Senger bildirmişdir:

" “Əgər yeni pulsuz ensiklopediya buraxılırsa, o zaman o, hiss olunacaq qədər daha yaxşı olmalıdır. İstifadəçilərin bütün səlahiyyətlərə malik olduqları halda Vikiyə ziyan vurmaqları məni məyus etdi. Odur ki, mən onun inkişaf etdirilməsində bir növ mümkünlük görmürəm” "

Avtorizasiyanın mütləq olması Sitizendium ensiklopediyada qalmaqalların qarşısını alacaqdır. Necə ki, bu yaxınlarda Vikipediyada anonim ― "ekspertlərin" yaratdıqları bəzi məqalələr üzündən məhkəmələrə müraciətlər olunmuşdur. Senqer hesab edir ki, Vikipediyanın "normal" istifadəçiləri Sitizendiuma uyğun kontentlər daxil etməklə, onun zənginləşdirilməsini təmin edəcəklər. Burada da hər kəs məqalədə düzəliş və əlavələr edə bilər ki, bu düzəlişlər sonradan redaktorlar tərəfindən nəzərdən keçiriləcəklər. Senqer əmindir ki, Sitizendiumun professional və əlyetərli olması Vikipediyadan fərqli olaraq daha çox auditoriya cəlb edəcəkdir.

Nupediya (ing. Nupedia) — ingilis dilində fəaliyyət göstərmiş ensiklopediya layihəsidir. Ensiklopediyada məqalələr ekspertlər tərəfindən yaradılaraq internetdə azad yayılırdı. Ensiklopediya layihəsinin baş redaktoru və təşkilatçısı Lourens Senqer və Bomis şirkətinin icraçı direktoru Cimmi Uels tərəfindən yaradılmış Nupediya 2000-ci ilin mart ayından 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərmişdir. Nupediya ensiklopediyasını viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Lakin Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Vikipediya açıq ensiklopediyası Nupediya ensiklopediyası əsasında yaradılmışdır. Lakin Nupediyadan fərqli olaraq, burada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır. 

PlanetMath — ingilis dilində fəaliyyət göstərən, azad onlayn riyazi ensiklopediyadır. PlanetMath virtual ensiklopediyası da Vikipediya kimi GFDL lisenziyası ilə işləyir. Layihə Virciniya Texniki Kollecinin Rəqəmsal Tədqiqat laboratoriyasının kitabxanasında yerləşir. Layihə MathWorld azad ensiklopediyasının məhkəmə tərəfindən 12 aylıq bağlanmasına cavab olaraq yaradılmışdır. PlanetMath ensiklopediyasının yaradılmasında və idarə edilməsində Perl proqram təminatından istifadə olunur. Layihənin əhatəli olması məqsəd qoyulmuşdur. Hal-hazırda Waterloo Universiteti serverlərində yerləşdirilib.

Scholarpedia — İngilis dilində, onlayn, ümumiyyətlə xüsusiyyətli bir məzmuna sahib olmağı məqsəd qoyan hərkəsə əl çatan olan akademik jurnalları ehtiva edən viki əsaslı bir ensiklopediyadır. Scholarpedia məqalələri, dəvət edilən mütəxəssis yazarlar tərəfindən yazılır və bənzər qiymətləndirməyə tabedir. Scholarpedia bir məqaləyə daxil olan bütün yazarlarının, kurator və redaktorların gerçək adlarını və əlaqələrini izah edir. Ancaq bənzər qiymətləndirmə prosesi anonimdir. Scholarpedia məqalələri hərkəsə əldə edə biləcəyi bir məlumat hovuzunda saxlanılır və ənənəvi jurnal məqalələri olaraq istinad istifadə edilə bilir (Scholarpedia ISSN nömrəsi: 1941–6016). Scholarpedia'nın istinad sistemində revizyon ədədlərinə dəstək daxildir.

Bu layihə fevral 2006 Eugene M. İzhikeviç tərəfindən, sinir elmi İnstitutu , San Diego, Kaliforniyalı bir tətqiqatcı olduğu vaxt yaradıldı. İzhikeviç eyni zamanda bu ensiklopediyanın baş redaktorudur. Məqalələrin mütəxəssislər tərəfindən yazıldığına əmin olmaq məqsədiylə, Scholarpedia'daki müxtəlif məqalə yazarları ya baş redaktor və ya kurator tərəfindən dəvət edilir ya da xalqa açıq seçkilərlə seçilir. Məsələn, Cimi Vals və Larri Sanger Vikipedia ilə əlaqədar məqalənin yazılması üçün namizəd göstərilmişdir. may 2009-dan etibarən, yazar siyahısı dörd Fields medal sahibi və on altı Nobel mükafatı sahibi yazıçısı ehtiva etməkdədir. Scholarpedia Vikipediya, MediaViki ilə eyni ancaq revizyon səs verməni dəstəkləyici dəyişikliklər ehtiva edən viki mühərrikini istifadə edir. Proqramın inkişaf etdirilməsi gizli olaraq həyata keçirilir.

ScienceWorld — Eric Weisstein'in Elm Dünyası olaraq tanınan bir onlayn ensiklopediyadır. 2002-ci ilin yanvar ayından 2007-ci ilin noyabr ayına kimi fəaliyyət göstərmiş bu ensiklopediya özündə 4000-dən çox istifadəçini əhatə edirdi. Özündə elmin bir çox sahələri haqda məlumatları daşıyan ensiklopediyada astronomiya, fizika, kimyabiologiya üzrə yüzlərlə elm adamlarının yazıları saxlanılırdı.

Siyasi Əlaqə SAGE Əl Kitabı

[redaktə | mənbəni redaktə et]

Siyasi Əlaqə SAGE Əl Kitabı (ing. SAGE Handbook of Political Communication) — Siyasi Əlaqə SAGE El Kitabı siyasət, media və rabitə, sosiologiya və tədqiqat metodları sahələrində irəli səviyyədəki şagirdlər, araşdırmaçılar və praktikantlar üçün əhəmiyyətli bir meyar nəşridir.

  1. Media sənayesi, yeni media, texnologiyasiyasi sistemlər kimi siyasi rabitə makro səviyyədə təsirlər araşdırılır.
  2. Gerçək və Online — ictimai şəbəkələrin təsirləri və siyasi rabitə.
  3. Siyasi rabitə araşdırmalarında metodoloji inkişaflar ələ alır.
  4. Siyasi rabitə necə qavranılır və aydınlaşdırılır.
  5. Müxtəlif kontekstlərdə siyasi bir rabitə, beynəlxalq, regional və müqayisəli anlaşılmayı necə imkan verir.

Encyclopedia of Journalism

[redaktə | mənbəni redaktə et]

Encyclopedia of JournalismJurnalistelm adamlarının ehtiyaclarına uyğun olacaq şəkildə açıq və əlçatan bir tərzdə yazılmış, bu ensiklopediya son dərəcə böyük xəbər təşkilatları tərəfindən və jurnalistika təhsili verən bütün məktəblər üçün tövsiyə edilir. Axtarılan informasiya növündən asılı olaraq, kütlə prinsiplərinə əsasən axtarılan məlumatlar həmin ensiklopediyada tapmaq olar.

  • Aydın Əbilov. İnternet. Sosial media. Blogerlik. Bakı 2013.
  • İnternet. Azərbaycan respublikasında inkişaf naminə İKT-ın tətbiqi və inkişaf etdirilməsinin milli strategiyası (İKTMS). Bakı 2003.
  • Mazanova S.B. “Kompüter şəbəkələri və işlənən informasiyanin paylanması”. Bakı 2008.
  • Kərimov S.Q. “İnformasiya sistemləri”. Bakı 2008.

Ensiklopediya