İnna Koren (ing. Inna Koren; d. 30 mart 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — ABŞ-ni təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1986).
İnna Koren | |
---|---|
ing. Inna Koren | |
Ölkə |
SSRİ → ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Titulu | qadınlar arasında beynəlxalq usta (1986) |
Son reytinqi | 2180 (noyabr 2018) |
Maksimal reytinqi | 2210 (iyul 1989) |
FİDE nömrəsi | 2004518 |
İnna Koren 30 mart 1964-cü ildə Bakıda anadan olub. 1979-cu ildən ABŞ-də yaşayır. 1986-cı ildə qadınlar arasında Amerika çempionatının qalibi olub.[1] Eyni ildə qadınlar arasında beynəlxalq usta adına layiq görülüb.
İnna Koren qadınlardan ibarət şahmat üzrə Amerika yığmasının heyətində 1984 və 1988-ci illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.[2]
İnna Koren Yel Universitetini bitirib.