İnterbol (ing. Interball) - kosmik layihə. Yerin maqnitosferlərinin günəş küləyi ilə qarşılıqlı fəaliyyətinin tədqiqiq üçün beynəlxalq elmi layihə.
İnterbol | |
---|---|
Rusiya EA-nın Kosmik Tədqiqatlar İnstitutu layihənin əsas təşkilatçısıdır. Əsas iştirakçılar isə Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Qırğızıstan, Kuba, Polşa, Rumıniya, Slovakiya, Ukrayna, Finlandiya, Fransa, Çexiya və İsveçin elm və təhsil müəssissələridir. Layihə üzrə tədqiqat ABŞ-nin NASA, EKA, Yaponiyanın Aerokosmik tədqiqatlar agentliyinin layihələri ilə sıx əlaqədə aparılmışdır. Kosmik məkanın müxtəlif sahələrində (günəş küləyində, maqnitosferin qütb və quyruq hissələrində və d.) Yerin radiasiyalı mövcud korelyasiyalarının tədqiqi üçün iki fəzaya 2 zond buraxılmışdır: Bunlardan birincisi 3 avqust 1995-ci il tarixində, digəri isə 29 avqust 1996-cı ildə.
Hər bir zond bir neçə yaxın məsafədə yerləşən peyklər və subpeyklərdən ibarətdir. Subpeyk "Magion - 4" və "Magion - 5" Çexiya Respublikasının Atmosferin Fizikası İnstitutunda yaradılıb. Magion-5 ilə əlaqə 20 avqust 1996-cı ildə kəsilmiş və 7 may 1998-cı ildə bərpa edilmişdir.
İnterbol proqramı başa çatıb. Qurğu Atlantik okeanın səthinə -10°36'23" enlikdə və -0°10'02" uzunluqda eniş etmişdir. (16 oktyabr 2000-ci il, 17:05:30 [MSD]).[1]