İoann Kantakuzin (yun. Ἱωάννης Καντακουζηνός, translit. Ioánnis Kantakouzinós; 1190 – 1257) — Frakesiya femasının qubernatoru (hak. 1244–1249), duka və pinkern. O, 1249-cu ildə Nikeya imperatoru III Duka İoann Vatas tərəfindən Rodos hakimi İoann Qavalasın orada olmadığı dövrdə adanı işğal edən və nəzarəti ələ keçirən genuyalılara qarşı göndərilən yürüşə rəhbərlik etmişdir.[1]
İoann Kantakuzin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1190 |
Vəfat tarixi | 1257 |
Fəaliyyəti | Pinkern |
İoann Kantakuzin ömrünün son illərində İoanniki adını özünə götürərək rahib olmuş, 1257-ci ildən bir müddət əvvəl vəfat etmişdir.[2]