İohann Ştraus

İohann Ştraus (alm. Johann Strauss‎; 25 oktyabr 1825[1][2][…]3 iyun 1899[1][2][…], Vyana, Avstriya-Macarıstan[3][4][…]) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriya bəstəkarı. İohann Ştraus vals musiqisinə gətirdiyi yeniliklərlə tanınır. XIX əsrdə Avropada vals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Dunay əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Dunay əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir.Hətta ona "Valslar kralı" ləqəbi də verilib.

İohann Ştraus
alm. Johann Strauss
Ümumi məlumatlar
Doğum adı Johann Baptist Strauss II
Doğum tarixi
Doğum yeri Avstriya Avstriya, Vyana
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Avstriya Avstriya, Vyana
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1844-cü ildən
Musiqi aləti skripka
Mükafatları Knight Officer of the Order of the Saxe-Ernestine Knight of the Order of St. Alexander Nevsky Knight of the Order of Carlos III "Fəxri legion" ordeni kavaleri Commander of the Order of Isabella the Catholic "Katolan İzabella" ordeni Müqəddəs Mavrikiy və Lazar ordeni kavaleri Officer of the Order of the Crown of Italy Knight First class of the Order of the Zähringer Lion 5-ci dərəcəli "Şiri-Xurşid" ordeni 4-cü dərəcəli "Məcidiyyə" ordeni Knight's Cross of the Order of Franz Joseph 4-cü dərəcəli "Tac" ordeni Order of the Red Eagle 4th Class Order of Civil Merit
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrausun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqiçi idi. İohann Ştraus Vals musiqisinin yaradıcılarından hesab olunurdu, onun rəhbərlik etdiyi orkestrlərin verdiyi konsertlər böyük marağa səbəb olurdu. Artıq 1830-cu ildə bütün Avropada valsın simasına çevrilən İohann Ştraus övladlarının musiqi ilə məşğul olmasını istəmir və bunu qarşısını bütün vasitələrlə almaq istəyirdi. Bütün cəhdlərə baxmayaraq İohann Ştraus 3-cü oğlunun dünya şöhrətli musiqiçi olmasının qarşısını ala bilmədi. İohann Ştrausdan başqa onun Yozef (1827–1870) və Eduard (1835–1916) adlı qardaşlarıda musiqi fəaliyyətlərini uğurla davam etdirmişdilər. Ştrausun musiqi ilə ilk tanışlığı anası Anna tərəfindən alınan skripka ilə başlayır. Atasından gizli skirpka məşqlərinə gedən Ştraus 6 yaşında ilk valsını bəstələyir. 15 yaşında olarkən o, ilk yazdığı valsı səsləndirmişdir. 1841-ci ildə şəxsi istəyi olmadan ali mühasibat təhsili almağa başlayır. Ştrausun marağı yalnız musiqi olduğundan, iqtisadiyyatla bağlı məsələlərlə maraqlanmırdı.

İohann Ştraus gənclik illərində

1843-cü ildə təhsil aldığı ali məktəbdən yaxşı oxumadığı və düzgün davranış göstərmədiyi səbəbi ilə xaric edilir. Ailə problemləri səbəbi ilə 1842-ci ildə atası İohann Ştraus evi tərk edir. Bununla da 17 yaşlı İohannın musiqi ilə məşğul olmasına heç bir əngəl qalmır. Bu dövrdə Ştraus ailəsini dolandırmalı olur və bir müddət musiqi fəaliyyətinə ara verir. Lakin qısa müddətdən sonra İohann Şrtaus şəxsi orkestrını qurur və 1844-cü ildə ilk orkest konsertini verir. Ştraus ilk konsertində 19 dəfə alqışlar altında yenidən səhnəyə çağrılmışdır. Ata Ştraus oğlunun bacarığını gördükdən sonra öz biliklərini oğlu ilə bölüşür və ona kömək edirdi. Vyanada ata ilə oğlun orkestr konsertləri bir-birinin ardınca kecirilidi. Çoxları onlar arasında rəqabətin olduğunu söyləyirdilər. Ancaq İohann Ştraus atasının ondan daha yaxşı bəstakar adlandırmışdır. 1849-cu ildə İohann Ştraus vəfat edir. Bundan sonra Ştraus atasının orkestrını öz orkestrı ilə birləşdirir. Ştraus AlmaniyaAvstriyada qısa zaman ərzində onlarla konsert verir və bu da onun sağlamlığında bəzi problemlərin yaranmasına səbəb olmuşdur. Həkimlərin ciddi səylərindən sonra 1853-cü ildə Ştraus fəaliyyətinə 6 aylıq fasilə verməli olur. Həkimlər ona musiqi ilə məşğul olmağı bir neçə aylıq qadağan edirlər. Ştrausun memar və musiqiçi olan qardaşı Yozef (1827–1870) bu müddət ərzində İoahannın əvəzinə konsertlərə gedir və qardaşını təmsil edirdi.

İohann Ştrausun həyəatında ən ağır itkilərdən biri 1870-ci ildə qardaşı Yozef Ştrausun öldürülməsi olmuşdur. Hadisə 1870-ci ildə Polşada verdiyi konsertin axşamı baş vermişdir. Yozef konsert zamanı orkestra rəhbəri idi, konsertin gedişində özünü pis hiss edir və konserti yarımçıq bitirməli olur. Yozefi dərhal qaldığı evə gətirirlər, həkim Yozefin çox yorulduğunu və sadəcə dincəlməyə ehtiyacı olduğunu bildirir. Daha sonra Yozef yorlduğundan yatmaq istədiyni bildirir. Yuxuya gedəndən bir neçə saat sonra yaxınlığda yerləşən rus postunun 3 əsgəri sərxoş halda Yozefin olduğu evin yaxınlığına gəlirlər. Ətrafda heç kimin olmadığından istifadə edən əsgərlər Yozef Ştrausun otağına kimi daxil ola bilirlər. Yozef səsə oyanır və əsgərlərdən kim olduğlarını soruşur. Əsgərlər otağda olan alətlərdən Yozefin musiqiçi olduğunu anlayırlar və ondan musiqi ifa etməsini tələb edirlər. Yozef yorğun olduğundan bu tələbi qəbul etmir. Əsgərlər Yozef Ştrausu onlar üçün musiqi ifa etmədiyinə görə ölənə qədər döymüş və güllələmişdilər. İohann Ştraus qardaşının bu şəkildə ölməsindən dərin sarsıntı keçirmişdir.

İohann Ştraus ilk dəfə 1862-ci ildə Cet Treyzi ilə evlənmişdir. Ştrausun ən məşhur əsəri olan "Mavi Dunay"ın Treyzinin ciddi səylərindən sonra yazdığı ehtimal edilir. Əslində "Mavi Dunay" xor üçün yazılmış əsər idi, lakin xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilmədi. Sonralar Ştraus "Mavi Dunay" əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir. Bir çox musiqi tənqidçilərdə, Ştrausun ən uğurlu və məşhur əsərinin "Mavi Dunay" olduğunu qeyd etmişlər. Ştrausun məşhurluğunun ölkə xaricinə yayılmasında "Mavi Dunay"ın böyük rolu olmuşdur. Ştraus 1878-ci ildə həyat yoldaşı Treyzi ürək tutmasından vəfat edir. Həyat yoldaşının ölümü bəstakara pis təsir edir və Cet Treyzinin dəfn mərasimində belə iştirak etmir.

Treyzinin ölümündən 2 ay sonra Lili adı ilə tanınan bəstəkar və xor ifacısı Angelia Dittrich ilə evlənmişdir. Evlilikdən 4 il sonra Angelia evi tərk etmişdir. İohann Ştrausun 3-cü və sonuncu həyat yoldaşı olan Adelya Ştraus olmuşdur. Adelya İohann rəsmi şəkildə yalnız 1887-ci ildə evlənmişdilər. Bunun səbəbi İohann Ştrausun Angeliya ilə rəsmi formada uzun müddət boşana bilməməsi olmuşdur.

İohann Ştraus 1899-cu ildə 3 iyun tarixində vəfat etmişdir. Ölümünün səbəbi kimi may ayında sətəlcəm olması göstərilirdi. İoahann Ştraus Yohans Brams, Frans ŞubertLüdviq van Bethoven kimi şəxslərin yanında dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İohann Ştrausun yaradıcılığında operettalar böyük yer tutur. Operetta sahəsində ilk böyük uğuru 1871-ci ildə yazılan qırx quldur və min bir gecə nağılları adlı operettaları olmuşdur. Daha sonra ən məşhur operettasını "Yarasa"nı bəstələmişdir. "Yarasa" operettası ilk zamanlar uğurlu olmasada sonradan böyük uğur qazanmışdır. 1876-cı ildə Amerika Birləşmiş Ştatlarının yaradılmasının və ABŞ İstiqlaliyyət Bəyannaməsinin qəbul edilməsinin 100 ili şərəfinə ABŞ-yə dəvət edilmişdir. Amerika Birləşmiş Ştatlarında olduğu müddət ərzində mindən artıq konsert vermişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Johann Strauss // Internet Broadway Database (ing.). 2000.
  3. Штраус Иоганн (сын) // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Archivio Storico Ricordi. 1808.