İohann Aksux (yun. Ἰωάννης Ἀξούχ/Ἀξοῦχος; təq. 1087, Nikeya[d] – təq. 1150, Konstantinopol) — türkəsilli Bizans sərkərdəsi. O, imperator II İohann Komnininin (1118–1143) və oğlu I Manuel Komnininin (1143–1180) hakimiyyətinin ilk dövründə Bizans ordusunun baş komandanı (meqas domestikos) olmuşdur. O həmçinin, Bizans imperiyasının mülki administrasiyasının de-fakto başçısı kimi də fəaliyyət göstərmiş ola bilər.
İohann Aksux | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1087 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1150 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Bizans imperiyası |
Rütbəsi | general |
İohann mənşəcə türk idi (İohann Kinnamitərəfindən anaxronistik olaraq "fars" kimi istinad edilmişdir).[1] Uşaq yaşlarında olan zaman, 1097-ci ildə Nikeyada əsir düşmüşdü. I Aleksi Komniniyə hədiyyə olaraq verilmişdir. O, imperator ailəsində böyümüşdür.[2] Böyüdükcə Aleksinin varisi İohann Komninin daimi yoldaşına çevrilmişdir. Sonuncu 1118-ci ildə II İohann kimi taxta çıxmışdı və İohann Aksux sebastos saray titulu ilə meqas domestikos təyin edilmişdir.[2] O, imperatorun yeganə yaxın şəxsi dostu və sirdaşı idi.[1] İmperator ailəsinin bütün üzvləri ona təzim etmələri tələb olunurdu.[3][4] Bacısı Anna və onun əri Nikefor Brienni tərəfindən taxtına və həyatına qarşı sui-qəsdin qarşısını aldıqdan sonra II İohann bacısının müsadirə edilmiş əmlakını Aksuxa verməyə çalışmışdı. Aksux bunun onun imperator ailəsi ilə münasibətlərini daha da korlayacağını və yüksək aristokratiya arasında onu qeyri-populyar edəcəyini anladığı üçün bundan imtina etmişdi. Aksux həmçinin , imperatordan Anna üçün əfv istəmiş və onlar heç olmasa, müəyyən dərəcədə barışmışdılar.[5]
Qismən Aksuxun bacarıqları sayəsində yeni imperator imperator ailəsi üzərində öz hakimiyyətini təsdiqləməyin ilkin çətinliklərini onları tamamilə özgələşdirmədən həll edə bilmişdi. Bu daxili yüksəliş sayəsində II İohann hakimiyyətinin çox hissəsi boyunca aqressiv xarici siyasət üzərində cəmləşdirə bilmişdi.[6]
İmperator Balkanlarda, Anadoluda və Suriyada kampaniya aparan fəal sərkərdə idi. Buna görə də o və Aksux tez-tez səylərində əməkdaşlıq edirdilər. 1119-cu ildə Laodikiyanın Səlcuq türklərindən alınması zamanı Aksux mühasirəni həyata keçirmişdi, bu da II İohannın hadisə yerinə çatanda tez bir qələbə qazanmasına imkan yaratmışdı. Bu kampaniya Anadolu üzərindən Antalya və Kilikiyaya gedən quru yolunu açmışdı.[1]
1122-ci ildə Balkanlarda Peçeneqlərlə döyüşən zaman Aksux ayağından və ya budundan yaralanmışdı. Aksux 1137–1138-ci illərdə Kilikiya, Antakya və Şimali Suriyaya edilən yürüşlərdə də fəal iştirak etmiş və burada aparılan döyüşlər zamanı yenidən yaralanmışdır.[7]
Aksux ailəsinin türkmənşəli olduğunu nəzərə alaraq, Bizans sarayında qərbyönlü (latın) qrupa qarşı səlcuq tərəfdarı bir qrup yaratdıqları irəli sürülmüşdür. Bizans və Səlcuq saraylarında elitaların bir-birinə qarışması, bir sıra yüksək vəzifəli Bizanslılar Səlcuqların tərəfinə keçdiklərinə görə, hətta açıq müharibə dövründə belə diplomatik kanallar həmişə mövcud idi.[8]
İohannın Aleksey adlı bir oğlu var idi. O, II İohannın böyük oğlu və həmkarimperatoru Alekseyin qızı Mariya Komninini ilə evlənmişdi (1142-ci ildə vəfat etmişdir).[2][9] Aleksey Aksux Bizans ordusunun ikinci komandiri olan protostrator edilmişdi. 1167-ci ildə xəyanətdə günahlandırılmış və monastıra girməyə məcbur edilmişdir.[2][10] İohann Aksuxun qızı Evdokiya imperator I Aleksios Komnininn (1081–1118) böyük qardaşıoğlu Stefan Komnini ilə evlənmişdir.[2]