İordaniya–Mərakeş münasibətləri

İordaniya—Mərakeş münasibətləriMərakeşİordaniya arasında iki tərəfli diplomatik münasibətlər. İordaniyanın Rabatda, Mərakeşin isə Əmmanda diplomatik nümayəndəliyi vardır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər

İordaniya—Mərakeş münasibətləri
İordaniya və Mərakeş
 İordaniya  Mərakeş

İkitərəfli münasibətlər yalnız ölkələr arasındakı yaxın sosial-iqtisadi əməkdaşlıqla deyil, həm də hakim krallıq sülalələri, HaşimilərAlauitlər arasındakı güclü əlaqələrlə xarakterizə olunur. Bundan əlavə İordaniya və Mərakeş bölgədəki ən liberal monarxiya dövlətlərindən hesab olunur.

İordaniya ilə Mərakeş arasında müasir ikitərəfli münasibətlər XIX əsrdə, hər iki ölkənin sırasıyla İngiltərə və Fransadan müstəqillik qazandıqdan sonra qurulur. 20-ci əsrdə hər iki krallıq daxili iğtişaşlar və xüsusən də pan-ərəb hərəkatları[1][2], zorla hökuməti devirmək cəhdləri[3] ilə qarşılaşmışlar. Hər iki ölkənin hökumətlərinin İsrail ilə gizli ikitərəfli əlaqələri olduğu da təsbit edilmişdir[4][5]. Bütün çətinliklərə baxmayaraq, əsrin ikinci yarısında İordaniya (Hüseyn ibn Talal) və Mərakeş (II Həsən) hökmdarları öz dövlətləri daxilində siyasi və sosial-iqtisadi vəziyyəti sabitləşdirməyi bacarmışlar. Məlumdur ki hər iki kral yaxın bir şəxsi münasibətlərə sahibdir və bu da kral ailələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək etmişdir[6]]. Oğulları sırasıyla II Abdullah ibn Hüseyn və VI Məhəmməd, bu gün də hər iki ölkədə məşhur və populyar dövlət rəhbərləridirlər.

2017-ci ildə II Abdullah "VI Məhəmməddən isti dəvət" alaraq rəsmi olaraq Mərakeşə səfər edir[7].

Mədəni və coğrafi-siyasət

[redaktə | mənbəni redaktə et]

Mərakeş və İordaniya əksəriyyətinə görə müsəlman ölkələrdir və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdürlər. Hər iki ölkə ərəb dilli ölkədir.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

İordaniya ilə Mərakeş arasında siyasi və iqtisadi müqavilələrdən təhlükəsizlik əlaqələrinə qədər müxtəlif sahələrdə sıx münasibətlər mövcuddur. Hər iki krallıq Səudiyyə Ərəbistanı tərəfindən Körfəz Əməkdaşlıq Şurasında iştirak etmək üçün dəvət olunmuşdur. Bundan əlavə dövlətlər politoloqlara görə, İranla beynəlxalq münasibətlərdə "ehtiyatlı" davranışlar sərgiləyir. Rabat İran hakimiyyətinin Qərbi Saharanı dəstəkləməsindən şübhələndiyinə görə Tehranla diplomatik əlaqələrini kəsəndə İordaniya Mərakeşi dəstəklədiyini bildirmişdi.

2017-ci ildə Qətər diplomatik böhranı zamanı İordaniya və Mərakeş bitərəf qalmaq üçün ortaq bir istəklərini ifadə etdilər. Bu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudu “qane etmədi”[8].

  1. "Morocco Executes 11 for Role In Plot to Assassinate Hassan". The New York Times. 1973-01-14. 0362-4331. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  2. "CIA Documents Show Gaddafi Attempted to Assassinate King Hassan II". Morocco World News (ingilis). 2017-01-23. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  3. "1970: Civil war breaks out in Jordan". 1970-09-17. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  4. Miller, Judith. "Peres and Hassan in Talks; Syria Breaks Moroccan Ties". The New York Times. 1986-07-23. 0362-4331. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  5. "Jordan and Israel Cooperated During Yom Kippur War, Documents Reveal". Haaretz. 2013-09-12. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  6. "Moroccan Jews mourn the passing of King Hassan II" (ingilis). J. 1999-07-30. 2020-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  7. "Morocco: HM King Mohammed Vi Holds Talks With HM King Abdullah II of Jordan". AllAfirca (ingilis). 2017-03-22. 2019-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  8. Jay, Martin. "Jordan is the new 'problem country' to join Qatar's chorus of dissent". TRT World (ingilis). 2018-06-07. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.