Alauitlər

Ələvilər sülaləsi (ərəb. سلالة العلويين الفيلاليين‎‎)[1]Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır.

Ələvilər sülaləsi
سلالة العلويين الفيلاليين
Ölkə
Hissəsidir Şərif
Banisi Mulay Rəşid ibn Şərif
Hazırkı rəhbər VI Məhəmməd bən Əl-Həsən
Əsası qoyulub 1666-cı il
Milliyyət ərəb
Titullar
Kral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mərakeş kralı VI Məhəmməd

Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər. Onun varisi Mulay Rəşid ibn Şerif 1666-cı ildə Fesdə möhkəmləndi, sonra isə 1668-ci ildə Mərakeşi ələ keçirdi. Mulay İsmayılın dövründə paytaxt Meknes şəhəri idi.

Sultan titulun krala dəyişdirilməsi V Məhəmmədin adı ilə bağlıdır. Ənənəvi müsəlman tərbiyyəsi ilə yanaşı o, Avropada təhsil almışdır. Bu da dövlətdə və cəmiyyətdə gələcək dəyişikliklərin əsası olmuşdur. 1957-ci ildə Mərakeş krallıq elan olundu və V Məhəmməd özü isə Mərakeş kralı adını aldı.

Ələvilər sülaləsindən olan Mərakeş hökmdarları

[redaktə | mənbəni redaktə et]
  1. 1664–1672: Mulay Rəşid ibn Şerif (1666-cı ildə Sultan)
  2. 1672-1727: Mulay İsmayıl İbn Şerif
  3. 1727-1728: Mulay Əhməd ibn İsmayıl (1-ci hakimiyyət dövrü)
  4. 1728-1728: Abd əl-Malik
  5. 1728-1729: Mulay Əhməd ibn İsmayıl (2-ci hakimiyyət dövrü)
  6. 1729-1735: II Abdulla (1-ci hakimiyyət dövrü)
  7. 1735-1736: Mulay Əli
  8. 1736-1736: II Abdulla (2-ci hakimiyyət dövrü)
  9. 1736-1738: II Məhəmməd
  10. 1738-1740: Əl Mustadi
  11. 1740-1745: III Abdulla
  12. 1745-1745: Zin əl-Abidin
  13. 1745-1757: IV Abdulla
  14. 1757-1790: III Məhəmməd bin Abdulla
  15. 1790-1792: əl-Yəzid bin Məhəmməd
  16. 1792-1822: Mulay Süleyman bin Məhəmməd
  17. 1822-1859: Mulay Abd əl-Rəhman
  18. 1859-1873: IV Məhəmməd
  19. 1873-1894: I Mulay Həsən
  20. 1894-1908: Mulay Abd əl-Əziz
  21. 1908-1912: Əbd əl-Hafid
  22. 1912-1927: Mulay Yusif
  23. 1927-1953: V Məhəmməd V (1-ci hakimiyyət dövrü)
  24. 1953-1955: VI Məhəmməd bin Araf
  25. 1955-1961: V Məhəmməd (2-ci hakimiyyət dövrü; 1957-ci ildə kral adını aldı)
  26. 1961-1999: II Həsən
  27. 1999 - hazırkı dövrə qədər: VI Məhəmməd
  • Vəliəhd Şahzadə: Mulay Həsən

Sülalə haqqında maraqlı bir faktlar

[redaktə | mənbəni redaktə et]

Bu sülalədə ən çox yayılmış evlilik növü sülalə daxilidir. Nümunələr:

  1. Mulay Abd əl-Rəhmanın nəvəsi Şahzadə Məhəmməd ibn İsmayıl ibn Abbas əmisi qızı Məhəmməd ibn Arafanın qızi Həlimə bint Məhəmmədlə evlənmişdir;
  2. Şahzadə Tahirin qızı və I Həsənin nəvəsi Xaniyə bint Tahir, əmisi Məhəmməd İbn Arafla nigaha girmişdir;
  3. Tahir Ablanın digər qızı V Məhəmməd ilə evlənmişdir;
  4. Mulay Yusifin oğlu Şahzadə İdris, əmisi qızı I Həsənin qızı Cəmilə bint Mustafa ilə nigaha girmişdir;
  5. Onların oğlu Əli əmisi qızı, V Məhəmmədin qızlarından biri ilə evlənmişdir.
  1. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. — Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. (стр. 404)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]