İordaniya Universiteti (ərəb. الجامعة الأردنية) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir.
İordaniya Universiteti | |
---|---|
الجامعة الأردنية | |
32°00′50″ şm. e. 35°52′22″ ş. u.HGYO | |
Əsası qoyulub | 1962 |
Tip | Dövlət |
Tələbə sayı | 37.692 (2009/2010) |
Şəhər | Amman |
Ölkə | |
Sayt | ju.edu.jo |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir.[1] Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var.[2]
Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır.
İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir.
İnstitutlar:
Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır. Universitet, həmçinin Kral Hüseyn Xərçəng Mərkəzi ilə də əlaqələrə malikdir. Bu mərkəz ABŞ-dən kənarda JCI Spesifik Xəstəlik Sertifikasiyasından keçmiş ilk xərçəng mərkəzidir. (noyabr 2007)[3]
İordaniya Universiteti əsasən tələbə mübadilə proqramları üzrə yüzlərlə razılaşma imzalamışdır ki, onlardan 16-sı ABŞ universitetləridir.[4][5]
Universitetin tələbə təşkilatı olan İordaniya Universiteti Tələbə Birliyi illik seçilən 80 üzvdən ibarət tələbə şurasıdır və tələbələr üçün xüsusi maraq kəsb edən məsələlərdə tələbələrlə universitet rəhbərliyi arasında vasitəçi kimi çıxış edir. Təşkilat həmçinin aylıq "Savt əl-Tələbə" (azərb. "Tələbələrin səsi") qəzetini nəşr etdirir.[6]