İoseb Abakelia

İoseb Abakelia (ing. Ioseb Abakelia; 2 mart 1882, Kutaisi1938) — ftiziologiya üzrə ixtisaslaşmış ilk gürcü həkim və tibb alimi.

İoseb Abakelia
gürc. იოსებ აბაკელია
Doğum tarixi 2 mart 1882(1882-03-02)
Doğum yeri
Vəfat tarixi 1938
Təhsili
Fəaliyyəti həkim

Abakelia Kutaisidə anadan olub və Moskva Universitetində 1911-ci ildə tibb fakültəsini bitirib. 1910-cu illərdə vərəm xəstəliyini öyrəndi və 1921-ci ildə Abakelia vərəmlə bağlı ilk gürcü elmi araşdırmasını nəşr etdi. Bir il sonra Tbilisidə xəstəliyin öyrənilməsi üçün Gürcüstanda ilk laboratoriya qurdu. 1926-cı ildə Tiflis Dövlət Universitetində işinə davam etdi və 1930-cu ildə professor oldu. O, 1930-cu ildə ilk Gürcü Vərəmi Araşdırma İnstitutunu təsis etdi və 1938-ci ilədək Böyük Təmizləmə zamanı tutularaq edam edildiyinə (güllələndiyinə) qədər rəhbərlik etdi. Eyni zamanda qey etmək lazımdır ki, İoseb Abakelia Gürcüstanda məşhur heykəltaraş Tamar Abakelianın da əmisi idi.