İosif Çexoviç adına Ədəbiyyat Muzeyi (pol. Muzeum Literackie im. Józefa Czechowicza) — Lublin şəhərində yerləşir və Lublin Muzeyinin bölməsidir. Muzeyin məqsədi əlyazmaların, çap nəşrlərinin, elmi tədqiqat materiallarının, həmçinin İosif Çexoviç və digər Lublin yazıçılarına aid əşyaların toplanması, qorunması, tədqiqi və populyarlaşdırılmasıdır.[1]
İosif Çexoviç adına Ədəbiyyat Muzeyi | |
---|---|
Əsası qoyulub | XVI əsr |
Ölkə | |
Yerləşir | Lyublin |
51°14′52″ şm. e. 22°34′08″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
1957-ci ildə "Böyüklərin xatirəsini qoruyun" məqaləsində ("Mədəniyyət və həyat" jurnalı) Stanislav Fita və Lex Ludorovski Boleslav Prus, Henrik Senkeviç və İosif Çexoviç üçün muzeylərin yaradılmasına çağırdılar . Çexoviçin, Feliks Araşkeviçin, Konrad Belskinin dostları Vatslav Qralevski və Kazimir Andjey Yavorski ideyanı müsbət qarşıladılar və gələcək muzeyin fonduna şairə aid əşyalar və kitablar bağışladılar. Lublin höküməti də bu ideyanı dəstəklədi və 9 sentyabr 1968-ci ildə - şairin vəfatının 29-cu ildönümündə Narutoviç küçəsi 10 ünvanında İosif Çexoviç adına Ədəbiyyat Muzeyi açıldı.[2]
1999-cu ildə muzey 30 ildən çox işlədiyi binadan köçdü və üç il müvəqqəti olaraq Vinsent Paul əmlakında yerləşdi. 9 sentyabr 2002-ci ildə muzey öz qapılarını hazırkı ünvanda - Ryabininovlar ailəsi tərəfindən şəhərə hədiyyə edilmiş Qızıl küçə, ev 3-də açdı.
Muzeyin ilk direktoru Yozef Zemba, muzeyin kolleksiyalarını digər yazıçılar, o cümlədən Konrad Belski, Vatslav Qralevski, Kazimir Andjey Yavorski, Anna Kamenska və Yana Spevak haqqında materiallarla genişləndirməyə başladı. Bu gün muzeydə Frantsişka Arnştaynova, Antoni Madey, Vatslav Mrozovski, Yozef Nikodem Klosovski, Yozef Lobodovski, Stanislav Boyarçuk, Yan Potsek və qeyriləri kimi Lublin yazıçılarına həsr olunmuş eksponatlar da var. Bundan əlavə, muzeydə digər polyak yazıçılarının əlyazmaları saxlanılır: Çeslav Miloş, Zbiqnev Herbert, Yeji Zaqurski, Yulian Tuvim, Konstant İldefons Qalçinski və başqaları.