Baron Yozef Karl Benedikt fon Eyxendorf (alm. Joseph Karl Benedikt Freiherr von Eichendorff; 10.3.1788, Lubovitz qəsri, Ratibor, Yuxarı Sileziya, Prusiya — 26.11.1857, Naysse, Yuxarı Sileziya, Prusiya) — Alman romantizmi dövrünün şair və yazıçısı.
Yozef fon Eyxendorf | |
---|---|
alm. Joseph Karl Benedikt Freiherr von Eichendorff | |
Doğum adı | Joseph Karl Benedikt von Eichendorff |
Doğum tarixi | |
Doğum yeri | Lubovitz qəsri, Ratibor, Yuxarı Sileziya, Prusiya |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Naysse, Yuxarı Sileziya, Prusiya |
Vəfat səbəbi | ağciyər iltihabı[1] |
Təhsili |
Halle-Vittenberq Universiteti Heydelberq Universiteti |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | alman |
İstiqamət | romantizm |
Janr | romantizm |
Mükafatları | |
Yozef fon Eyxendorf Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Eyxendorf alman romantizminin ən dəyərli nümayəndələrindən biri hesab edilir və onun yaradıcılığı Almaniyada indiyədək öz populyarlığını qoruyur.[2]
Yozef fon Eyxendorf Almaniyanın Halle-Vittenberq və Heydelberq universitetlərində təhsil almışdır.