İqarski adası

İqarski adası (əvvəllər — Samoedski) — Yenisey çayının yatağında yerləşən ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Turuxanski rayonu ərazisinə daxildir. Adada elədə böyük olmayan qəsəbə və İqarka hava limanı yerləşir. Şəhər ilə ada arasında sərnişinyük daşıyan "Anbatoli Çmıxalo" bərəsi fəaliyyət göstərir. Bərə 60 sərnişin və 150 ton yük götürmə qabiliyyətinə malikdir[1].

İqarski adası
rus. Игарский (остров)
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
67°26′30″ şm. e. 86°37′34″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
İqarski adası xəritədə
İqarski adası
İqarski adası

inqilaba qədər ki, ensiklopediyalara görə və rus hidroqrafı Andrey Vilkinskiyə görə ada ilk əvvəllər Samoedski adını daşıyırdı. Hazırkı adını İqarka şəhərinin inşasından sonra alır. Bu adı alana qədər Yeniseydə Samoedski adını daşıyan iki ada var idi (onlardan biri hələdə öz adını qoruyur)[2].

İqarski qolu 1927-ci ildə "Tobol" paraxodunun kapitanı Pyotr Oçeretko tərəfindən araşdırılır. Araşdırma qolun kifayət qədər dərin və rahat olmasaını müəyyən edir. Burada yeni liman inşa edilir. Elə həmin ildə limandan "Qunqer", "Qrantheyn" və "San-Jozef" bərələri ağac tədarükünü gercəkləşdirir.

İqarka şəhərinin İvan Lionidov tərəfindən hazırlanan baş plana əsasən Samoedski adası çəhərin bir parçası olmalı idi. Bununla belə Leonidov adaya şəhərin bir əsrarəngiz güşəsi kimi baxırdı. Burada əlverişli çimərlik, sıx meşə və Yenisey çayına açılan gözəl mənzərə vardı.

  1. "В Красноярске построен самоходный паром для работы в Игарке". Информационно-справочный сайт по флоту Riverfleet.ru (rus). 2014-06-23. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  2. "Город Игарка". Интернет-энциклопедия Красноярского края (rus). 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.