İqnalina

İqnalina (lit. Ignalina) — Litvada şəhər. İqnalina rayonunun mərkəzi.

İqnalina
Ignalina
Bayraq Gerb
Bayraq Gerb
55°20′24″ şm. e. 26°09′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1810
Sahəsi
  • 6,9 km²
Mərkəzin hündürlüyü 165 m, 167 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.998 nəf. (1 yanvar 2023)[1]
Digər
ignalina.lt
Xəritəni göstər/gizlə
İqnalina xəritədə
İqnalina
İqnalina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yazılı mənbələrdə İqnalina adına ilk dəfə 1810-cu ildə rast gəlinir ki, burada o, əyan İqnas Tizenxauzasın əldə etdiyi mülk torpaqları kimi təsvir olunur. Ehtimal olunur ki, şəhərin adı əyanın adının qısadılmış formasından-İqnyalisdən (danışıq dilındə İqnalis) götürülüb. Həmçinin İlqis gölündə batırılmış, knyaz Budrisin qızı Lina (və ya Alina) və əsir əhl-səlib olan İqnasın talesiz, insanlar tərəfindən lənət olunmuş məhəbbətləri barədə bir əfsanə mövcuddur: Allahların qəzəbinə uğrayaraq onlar yerin içinə girirlər, həmin yerdən isə bulaq suyu açılır. Göllərin və təpələrin arasında şəhərcik yarananda insanlar İnqas və Linanın məhəbbətini əbədiləşdirmək üçün onu İnqalina adlandırırlar.

İqnalina qəsəbəsinin yaranması və inkişafına Peterburq-Varşava dəmir yolunun çəkilməsi səbəb oldu, 1862-ci ildə isə burada dəmiryol vağzalı tikildi. Yeni dəmir yolunun çəkilməsi rayonun inkaşafının əsas amillərindən biri oldu və keçmiş mərkəz öz əhəmiyyətini itirdi. Bu gün şəhərin içərisindən keçən Vilniüs-Sankt-Peterburq dəmir yolu urbanizasiyanın xatirəsidir. Birinci dünya müharibəsi illərində yerli oduncağı Almaniyaya göndərmək məqsədilə almanlar İqnalinanı Vidzami və Tvaryaçusla birləşdirən dar raylı dəmir yolu çəkdilər. Müharibədən sonra İnqalina Polşanın ərazisinə daxil oldu, milli azlıq olan litvalılar isə mentalitetlərini qorumağa çalışırdılar. Müharibədən sonrakı illərdə çətin gedilə bilən Labanor meşə cəngəlliklərində bir sıra litva partizan dəstələri fəaliyyət göstərirdi.

Şəhər statusunu İqnalina 1950-ci ildə aldı. Sovet dövründə bir neçə obyektlər tikildi: 1960-cı illərdə- turist bazası, kinoteatr, məktəb və balıqyetişdirmə təsərrüfatı yaradıldı. Altmışıncı illərdə İqnalina turistləri cəlb edən mərkəz oldu, qış idman bazası tikilməyə başlandı. 1969-cu ildə İnqalinaya Litvada yeganə, bənzərsiz neoklassik şəhər planı baxımından urbanizasiya varisi statusu verildi. 1987-ci ildə Paplavinis gölü üzərində piyada körpüsü tikildi. Sayudis illərində şəhər meydanında azadlıq uğrunda həlak olanlara, sürgün olanlara abidə ucaldı[2]. Qinuçyayda texnika abidəsi adlandırılan dəyirman, eləcə də Aukştaytiy milli parkının ərazisində yerləşən etnoqrafiya kəndləri diqqətə layiqdirlər.

Aukştaytiy milli parkının direksiyasının əsası arxitektur abidə, xalq barokkosunun nümunəsi olan, taxtadan düzəldilmiş qədimi Müq. Yuozapas kilsəsi ilə məşhur olan Paluşe kəndində qoyulub. Zəng qülləsi ilə birgə kilsə Litvanın ən gözəl və ən qədimi mərasimi arxitektur ansamblından birini təşkil edir. Paluşedə tunc dövründən (IV–VI əsrlər) qalanları nümayiş etdirmək məqsədilə Pilkapis rekonstruksiyası edilib. Bu ekspozisiyada yalnız şəhərin quruluşu deyil, həm də dəfn olunmuş qadın qalıqları, libaslar nümayiş olunur. Ekspozisiya ərazisində dəfn etmə ənənələrini əks etdirən rəsmli sərgilər təşkil olunur. Onun yanında isə daş dövründən qalan, rekonstruksiya olunmuş ev yerləşir ki, bu da Kryatuonas gölü ətraflarında arxeoloji tədqiqatlar nəticəsində tapılıb.

Parkda eyni zamanda arıçılıq muzeyi (1978-ci ildə yaradılıb) fəaliyyət göstərir və turistləri Litvada bu sahənin inkişafı, arıçılıq invertarları, müxtəlif dövrlərin arı pətəkləri, ən çox bal verən bitkilər və bal məhsulları ilə tanış edir. Təsərrüfat yerlərində arıçılıq bayramları təşkil olunur. Royus xutorunda yerləşən, bağban, professor Adomas Xrebniskisin evini də ziyarət etmək məsləhət görülür. Burada xeyli zamandır ki, Litva, Polşa, Belarusiya, Rusiyada məşhur olan, Cənnət adlandırılan eksperimental bağ çiçəklənir. Professorun 1922-ci ildən etibarən yaşadığı evinin dörd otağında ekspozisiyalar təşkil olunub. Otaqlardan birində professorun ən məşhur əsərləri və əlyazmaları, digərində isə məişət əşyaları sərgiyə qoyulur. Üçüncü otaqda isə A. Xrebniskisin şəxsi əşyalarını-şəkillərini, sənədlərini, ona ünvanlanmış məktublar, meyvə mulyajı və giləmeyvələr, professorun surətləri təsvir olunmuş vitrajları görmək olar. Dördüncü otaqda isə professorun qızı Mariyanın şəkilləri təsvir olunur. Seykinyay kəndində Kipras Pyatrauskasın doğulduğu və həyatının iki ilini yaşadığı doğma evi qorunur.

İqnalina rayonunda 30-dan çox malikanə var. Dauqyalişkisin məlikanəsi əlamətdar günləri xatırladır. 1511-ci ildə Virekşta gölünün sahilində Qoştautun əyanları qala-malikanə tikdilər. Onu Vitautas tərəfindən Krımdan gətirilən tatarlar müdafiə və mühafizə edirdilər. 1542-ci ildə varis Stanislovas Qoştautasın ölümündən sonra vərəsəlik onun həyat yoldaşı Barbora Radvilayteyə keçdi, o isə öz növbəsində mülkü ikinci həyat yoldaşı Litva Böyük knyazı və Polşa hökmdarı Jiqimantas Auqustasa vəsiyyət etdi. Sonralar malikanə dövlətə etdiyi xidmətlərə görə Kazimer Konstantin Plyatyarisə hədiyyə olundu. Dukştas malikanəsində isə XIX əsrin əvvəllərində Vilnyus universitetinin tələbəsi, filomat cəmiyyətinin əsasını qoyan, şair və geoloq Tomas Zanas yaşayırdı, şair Adomas Miskyaviçyus isə sıx-sıx qonaq olurdu.

Vilnüsdan 110 km şimalda yerləşən Aukştaytiy regionunun bu şəhəri artıq əsrin ilk onilliyində su idman növləri həvəskarlarını, təbiətdə istirahəti sevənləri cəlb edən bir şəhərə çevrilmişdi.

İqnalina rayonunun bir hissəsi — Aukştaytiy milli parkının territoriyası 1974-cü ildə Jeymyana çayını qorumaq üçün təsis edilmişdi. Bu park floristika baxımından ən zəngin qorunan territoriyalardan biridir. Luşay gölü sahilində, Paluşe və Meyronay kəndləri arasında 3,5 km uzunluğu olan botanika tədris cığırı yaradılıb. Burada 150 növ bitki çeşidi görmək olar ki, onlardan 9-u Litvanın Qırmızı kitabına daxil olub.

İqnalinanın gələcəyi-komfortlu yaşama, eləcə də mənalı asudə vaxt və istirahət üçün təchiz olunmuş kurort məkanıdır. İqnalina rayonu Baltik silsiləsində, 200-dən artıq göl olan dərə-təpəli landşaftda yerləşir. Ən hündür təpələr: Nyavayşay dağı (288 m), Budakalnis (285 m), Ladakalnisdən isə çox təsirli mənzərə açılır. Burada dini əhəmiyyəti, mifoloji mənaları olan dağlar da az deyil: Dimbyalayda Aqotos dağı, Benyuayda Ajuolo (Palıd) dağı, Birjiniskis kəndində Bajniçakalnis (Kilsə dağı), Kançioqina çayı yaxınlığında Buklos dağı, Ajuşiles kurqanı yaxınlığında Qaydje (Xoruz) dağı, Navikayda Karalyukalnis (Krallar), Poşyunayda Laumyu (Cadukərlər), Qedjunayda Piniqinis (Pullu) və digərləri. XVIII əsrin sonlarına kimi, İqnalinanın yaradılmağa başlandığı ərazinin iqtisadi mərkəzi müasir şəhərdən 4 km aralıqda yerləşən Paluşe idi.

İqnaliya barədə tez-tez söyləyirlər ki, bu təbiət sevənləri, istirahət edənləri və torpağın gözlərinə-göllərə heyran olanları cəzb edən yay şəhəridir.

2001-ci ilin məlumatlarına görə şəhərin sakinlərinin sayı 6500 təşkil edirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]