İqnasio Komonfort

İqnasio Qreqorio Komonfort de los Rios (isp. Ignacio Gregorio Comonfort de los Ríos; 12 mart 1812[1], Puebla-de-Saraqosa3 noyabr 1863[2], Quanaxuato ştatı[d]) — Meksika dövlət xadimi, hərbi və siyasi lider, general. 1855-ci ildən 1857-ci ilə qədər Meksika Prezidenti olmuşdur.

İqnasio Komonfort
11 dekabr 1855 – 17 dekabr 1857
SonrakıBenito Xuares
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1812(1812-03-12)[1]
Doğum yeri
Vəfat tarixi 3 noyabr 1863(1863-11-03)[2] (51 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, nazir
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqnasio Qreqorio Komonfort de los Rios 12 mart 1812-ci ildə anadan olmuşdur. O, Xuan Alvarezlə birlikdə general Lopes de Santa-Annanın diktaturasına qarşı çıxmışdır. İqnasio Komonfort 1855-ci ildə Meksika Prezidenti seçilmişdir. Əsasən kilsəyə və hərbi imtiyazlara təsir edən islahat qanunlarının elan edilməsi səbəbilə katolikləri, mühafizəkarlar və ordu ona müxalif olmuşdur. Komonfort prezidentliyi dövründə bir neçə üsyanı yatırmalı olmuşdur. Konstitusiyaya dəyişiklik etmək cəhdi göstərmiş, lakin bu, uğursuz olmuşdur. Liberallar 1858-ci ildə onu istefa verməyə məcbur etmiş və Komonfort ABŞ-yə sürgünə getməyə məcbur qalmışdır. O, daha sonra Meksikaya qayıtdı. Komonfort Fransanın Meksikaya müdaxiləsinə qarşı müharibə zamanı döyüşdə həlak olmuşdur.[3]

  1. 1 2 Bibliothèque nationale de France Ignacio Comonfort // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 https://catalogue.bnf.fr/ark:/12148/cb171009134.
  3. "Ignacio Comonfort | enciclopedia.cat". www.enciclopedia.cat. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.