İqnatinin məktubları — erkən xristian yazıçısı və Antioxiya patriarxı Tanrıdaşıyan İqnatinin yazdığı yeddi məktuba verilən ad. Onların həqiqi olduğuna inanılır.[1][2] Məktublar Efes, Maqneziya, Trallida, Roma, Filadelfiya və Smirnadakı kilsələrə, habelə yepiskop Smirnalı Polikarpa ünvanlanmışdır. Roma istisna olmaqla, qeyd olunan bütün yerlər Kiçik Asiyada yerləşir. İqnatinin məktubları II əsrin əvvəllərində xristianlığın ən vacib mənbəyi hesab olunurdu. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar.[3]