Smirnalı Polikarp (q.yun. Πολύκαρπος, lat. Polycarpus; 69 və ya 70[1], İzmir – 23 fevral 155 və ya təq. 155[1], İzmir) — Smirna yepiskopu, apostol atalarından biri, xristian əzabkeşi. Pravoslav və Katolik kilsələrində müqəddəs hesab olunur.
Smirnalı Polikarp | |
---|---|
q.yun. Πολύκαρπος Σμύρνος | |
Doğum tarixi | 69 və ya 70[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 155 və ya təq. 155[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | yanaraq ölmə[d] |
Fəaliyyəti | ilahiyyatçı, keşiş, yazıçı, din xadimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Smirnalı Polikarpın həyat və yaradıcılığı ilə bağlı 4 əsas mənbə var, bunlar: Antioxiyalı İqnatidən Polikarpa məktub; Polikarpın Filipililərə məktubu; Lionlu İreneyin yazılarından hissələr; Smirna kilsəsinin prixoda mənsub adamların Polikarpın ölümündən bəhs edən "Polikarpın əzabkeşliyi" kompozisiyası.[2] O, Filippililərə yazdığı məktubdan əlavə, başqalarını da yazmış olma ehtimalı var, çünki İqnati ona cəm halında "məktublar"ın müəllifliyini aid edir.[3]