İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır. Şəlalənin bu hissəsi Braziliya ilə Argentinanın sərhədlərini müəyyən edir.
İquasu şəlaləsi | |
---|---|
port. Cataratas do Iguaçu, isp. Cataratas del Iguazu | |
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 82 m |
Eni | 4000 m |
Su sərfi | 1500-6000 m³/s |
Çay | İquasu çayı |
Yerləşməsi | |
25°41′38″ c. e. 54°26′15″ q. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 303 ing. • rus. • fr. |