"İrəli, Hindistan" (hind. चक दे इंडिया) — rejissor Şimit Aminin filmi.
İrəli, Hindistan | |
---|---|
hind. चक दे इंडिया Chak De! India | |
Janr | komediya-dram, idman filmi, dram filmi, komediya filmi |
Rejissor | Şimit Amin |
Prodüserlər | |
Baş rolda | Şahrux Xan |
Operator | Sudip Çatterci |
İstehsalçı | Yash Raj Films |
Distribütor | Netflix |
İlk baxış tarixi | 10 avqust 2007[1][2][…] |
Filmin növü | bədii film |
Müddət | 153 dəqiqə |
Ölkə | Hindistan |
Dillər |
hind dili ingilis dili |
İl | 2007 |
Rəng | rəngli |
Çəkiliş yeri | Avstraliya |
IMDb | ID0871510 |
Bu film Hindistanın Dehli şəhərində keçirilən Hokkey üzrə Dünya Kuboku yarışının son dəqiqələri ilə başlayır. Oyun Pakistan və Hindistanın kişilərdən ibarət hokkey üzrə komandaları arasında aparılır. Belə ki, Pakistan 1:0 hesabı ilə irəlidədir. Elə bu zaman oyunda qayda pozuntusu baş verir və penalti təyin edilir. Penaltini yerinə yetirməyi Hindistan komandasının kapitanı, hokkey üzrə super ulduz Kəbir Xan öz üzərinə götürür. İş elə gətirir ki, Kəbirin zərbəsi nəticəsində top qapının azacıq üstündən keçir və bunun nəticəsində Hindistan yığma komandası məğlub olur. Tezliklə Hindistanın bütün mediyası bunu başqa cür qələmə verir. Onların sözlərinə görə, Kəbir topu son anda bilə-bilə qapının üstündən vurmuşdur ki, məhz Pakistanın yığma komandası qalib gəlsin. Hindistanda hər kəs Kəbiri vətən xaini hesab etməyə başlayır. Hətta iş o yerə gəlib çatır ki, Kəbirin qonşuları onu və birgə yaşadığı anasını həmin məhəllədən qovurlar.
Bu hadisələrin üstündən 7 il keçir. Artıq Hindistanda zəif də olsa qadınlardan ibarət hokkey üzrə yığma komanda var. Lakin bu komandanın məşqçisi yoxdur. Kəbir Xan 7 ildən sonra olsa da "vətən xaini" olmadığını sübut eləmək məqsədilə həmin komandanın məşqçisi olmağa razılıq verir. Kəbirin məqsədi nəyin bahasına olursa olsun, Hindistanın qadınlardan ibarət hokkey komandasına Dünya Kubokunu qazandırmaqdır.
Kəbir Xan bu çətin işin öhdəsindən gələrək kuboku öz ölkəsinə – Hindistana gətirir. Filmin sonunda bir vaxtlar onu anası ilə birlikdə məhəllədən qovan qonşular Kəbiri yenə də anası ilə birlikdə qəhrəman kimi qarşılayırlar.