Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İrəvan Dövlət Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1919-cu ildə fəaliyyətə başlamışdır. Ermənistanın ən yaşlı ali təhsil müəssisələrindən biri hesab edilir.
İrəvan Dövlət Universiteti ЕГУ | |
---|---|
40°10′53″ şm. e. 44°31′35″ ş. u.HGYO | |
Əsası qoyulub | 1919 |
Tip | Universitet |
Rektor | Aram Qraçaeviç Simoyan |
Tələbə sayı | 19 577 |
Şəhər | İrəvan |
Ölkə | |
Sayt | ysu.am |
Vikianbarda əlaqəli mediafayllar |
16 may 1919-ci ildə Ermənistan Respublikasının qərarı ilə təşkil edilmişdir. İlk dərslər 1920-ci ilin fevral ayında keçirilmişdir. İlk rektoru Yuri Stepanoviç Qəmbəryan olmuşdur. Mühazirələr üçün dünyanın bir çox bölgələrindən tanınmış erməni alimləri dəvət edilmişdi. Onlar arasında Yakov Amazaspoviç Manandyan, Mamuka Abeqyan və Stepan Sarkisoviç Malxasyan olmuşdur. Universitet binası İrəvan şəhərində yerləşir.
Fəaliyyətinin ilk ilində burada yalnız tarix-dil fakültəsi fəaliyyət göstərirdi. Burada 262 tələbə təhsil alırdı ki, onlara da 32 müəllim dərs deyirdi. Fəaliyyətinin ilk ilindəcə bu universitetə xaricdə təhsil almış və iş təcrübəsi olan müəllimlər işləmək üçün dəvət edilirlər. 17 dekabr 1920-ci ildə Ermənistanda sovetlər qurulur. Ermənistan SSR Xalq Kominist Partiyasının rəhbəri Aşot Oqanesyanın göstərişi ilə İrəvan Dövlət Universiteti İrəvan Xalq Universiteti adlandırılır. İlk rektoru isə Akop Manandyan olur.
1991-ci ildə Universitetdə 32 ixtisas üzrə mütəxəssis hazırlayan 17 fakültə var idi. 1960-90-cı illər Universitetin ən sürətli inkişaf dövrü idi, həmin dövrdə burada bir çox yeni fakültələr açılmış, yeni elmi laboratoriyalar qurulmuş, ermənişünaslıq mərkəzinin əsası qoyulmuşdur.
Mövcudluğu dönəmində 90 min tələbə universitetdən məzun olmuşdur. Tələbələrin sayı 12 794, Pedaqoqların sayı 1 311, onlardan: 9 akademik, 17 EMEA üzvü, 188 doktor, professor və 612 elmlər namizədi, dosent.
Mərkəzlər: erməniçilik, kartvelologiya, eqiptologiya, ellinistika, sivilizasiya və mədəni araşdırma, Avropa hüququ və inteqrasiya, informasiya texnologiyası və təhsilin araşdırılması, universitetə qədərki təhsil, məzunlar və karyera, mədəniyyət;
Asperant, bakalarvr, mütəxəsis hazırlığı:
Dissertasiyanın təsdiqi üçün fəaliyyət göstərən sovetlər:
Bu gün universitetdə 13 000 tələbə təhsil alır. Onlar 20 fakültədə təhsil alırlar. 1200 müəllimdən 200-ü elmlər doktoru, 500-ü isə elmlər namizədidir[1]
Universitet Ermənistanın əsas elmi araşdırma mərkəzlərindən biridir.