İradə Tuncay

İradə Tuncay[1][2] (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti.

İradə Tuncay
İradə Məmməd qızı İbrahimova
Doğum tarixi 9 noyabr 1959(1959-11-09) (64 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Məmməd Araz
Təhsili
Fəaliyyəti yazıçı, publisist
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti

İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.

1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub.

2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur.

”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[3][4]

Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.

2 övladı var.

  • "Yol" romanı. B.: “Təhsil”, 2012.-128 səh
  1. "İradə Tuncay "Yol romanı"na görə mükafatlandırıldı". 2013-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-16.
  2. "İradə Tuncay "Həqiqətə xidmətlərinə görə" mükafatına layiq görüldü". 2012-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-16.
  3. AzərTAc. ""Cəfər Cabbarlı mükafatı" yeni laureatlarına təqdim olunub" (az.). Azertag.az. 22.05.2018. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  4. Kaspi. ""Cəfər Cabbarlı Mükafatı"- 2018 təqdim edildi" (az.). Kaspi.az. 22.05.2018. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]