Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V,VI və VII çağırış üzvü.
Aqil Abbas | |
---|---|
Vəzifədədir | |
30 noyabr 2005-ci ildən | |
Seçki dairəsi | 2005, 2010, 2015, 2020 — 83 saylı Ağcabədi-Füzuli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1953 (71 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | yazıçı, redaktor |
|
|
Təltifləri |
|
Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azad Vətən Partiyası qurulduqdan sonra sədr Akif Nağı deputat Aqil Abbası partiyaya üzv olmağa dəvət etsə də, Aqil Abbas heç bir partiyada təmsil olunmaq istəmədiyini bildirmişdir.[1]