İran-Ermənistan qaz kəməri — İranda başlayan Ermənistanda bitən 140 kilometr uzunluğundakı boru xətti.
İran-Ermənistan qaz kəməri | |
---|---|
fars. خطوط لوله گاز ایران به ارمنستان | |
| |
Ümumi məlumatlar | |
Tipi | kəməri |
Başlayır | Təbriz |
Bitir | Meğri kəndi, Meğri rayonu |
Açılış tarixi | 19 mart 2007 |
İstismara verilib | 20 dekabr 2006 |
Uzunluğu | 140 km |
Diametri | 1,4 m |
Yerləşməsi | |
Ölkələr | |
Rayonlar | Təbriz, Meğri |
Xəttin 100 kimlometrlik İran hissəsi İranın Təbriz şəhərindən İran-Ermənistan sərhədinə qədər davam edir. Ermənistan hissəsi isə Meğri kəndində bitir. Həmçinin 197 kilometrlik bir boru xətti ölkənin mərkəzinə çatacaq və ölkənin mövcud olan bölüşdürmə şəbəkəsinə qoşulacaq bir xəttin düzəldilməsi də planlanır. Boru xəttinin radiusu 700 mm olub, düzəldilişi 220 milyon dollar tutmuşdur. İki ölkə arasında bağlanan müqavilə 20 illikdir. İrandan alınan hər bir kub metr təbii qaz üçün Ermənistan İrana 3 kilovatt-saat elektrik verir. Boru xətti 20 dekabr 2006-da fəaliyyətə başladı. Ancaq xəttin rəsmi açılışı iki ölkənin dövlət başçılarınln iştirak etməsi ilə 19 mart 2007-də reallaşdı. İrandan Ermənistana ikinci bir boru xətti edilməsi hələ də gündəmdədir. Bəzi düşüncələrə görə boru xəttinin radiusu Rus Gazprom şirkətinin təzyiqinə görə düşürülmüşdür. Boru xəttinin diametrinin artmasıyla birlikdə bu boru xəttindən Avropaya ixracat edilməsi mümkün ola biləcəkdi. Ancaq Avropadakı təbii qaz bazarında çoxluğunu təşkil edən Rusiya bunu əngəlləmək üçün xəttin radiusunu 700 mm-ə saldı.