İran Milli Kitabxanası

İran Milli Kitabxanası və Arxiv Təşkilatı (Farsca: سازمان اسناد و کتابخانه ملی ایران), İranın paytaxtı Tehran şəhərində yerləşən kitabxanadır.

İran Milli Kitabxanası
سازمان اسناد و کتابخانه ملی ایران
Xəritə
Ümumi məlumatlar
Ölkə
Sayt nlai.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran Milli Kitabxanası rəsmi olaraq 1933-cü ildə açılmışdır. Ölkədə milli kitabxana açmağın ilk addımları 1861-ci ildə Darülfünun liseyinin və bu məktəbin kiçik bir kitabxanasının açılması ilə başlamışdır.

İran Milli Kitabxanasının memarı Fransız André Godarddır. Godard eyni zamanda İran Arxeologiya Muzeyinin memarıdır; kitabxana muzeyin şimal fasadında yerləşir.

Kitabxana 1 mart 2005-ci ildə İranın keçmiş prezidenti Məhəmməd Xatəminin dövründə Tehranın Abbas Abad regionundakı yeni qərargahını əldə etmişdir. Məhəmməd Xatəmi bir müddət kitabxananın rəhbəri olmuşdur.

İran Milli Kitabxanasının yeni binasından bir görüntü

İran İslam Respublikasının Arxiv və Milli Kitabxanası Təşkilatı elm, təhqiqat,təhsil və xidmət müəssisəsidir və onun nizmanaməsi İslami şura Məclisi tərəfindən təsdiq edilmişdir. Onun təsis edilməsi 1937 ci ilə qayıdır. 1979 cu ildə kitab mərkəzi xidməti və 1999 cu ildə isə İslam İnqilabının Mədəniyyət Sənədləri Təşkilatı bura birləşdirilmişdir. 2002 ci ildə milli kitabxana və Milli Arxiv İdarələri birləşdirildi. Milli Arxiv İdarəsi 1970 ci ildə təsis edilmişdi. Hal hazırda bu Təşkilatda iki müstəqil bina- İran Milli Kitabxanası və Milli Arxiv İdarəsi fəaliyyət göstərir. Milli Kitabxana Tehranın Şəhid Həqqani küçəsində yerləşir və Milli Arxiv İdarəsi isə Mirdamad prospektində yerləşir. Bu mədəniyyət Məcmuəsinin ölkə üzrə 12 şöbəsi vardır.

İran Milli Kitabxanası 9700 kv .m [3] ərazidə yerləşir və 8 mərtəbə betondan istifadə olunmuşdur ki, bu da 9 rixter zəlzələyə dözümlüdür.[4] Burada saxlanılan kitabların çoxu iranlı tanınmışların ədəbiyyat, tarix, fəlsəfə, irfan, fiqh, üsul, tibb, astronomiya sahəsində yazdıqları əsərləri,ilkin farsca tərcümələr və məşhur xəttatlıq nümunələrinə aiddir.[5]

  1. 1 2 http://www.caoi.ir/en/projects/item/229-national-library-of-iran-by-pirraz-consulting.html.
  2. 1 2 https://doi.org/10.1177/095574900201400205.
  3. "Arxivlənmiş surət". 2014-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  4. "Arxivlənmiş surət". 2016-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
  5. "Arxivlənmiş surət". 2014-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.