İraqın dövlət quruluşu

İraq
الجمهورية العراقية
İraq bayrağı
(Bayraq)
Şüar:
Rəsmi dil Ərəb dili, Kürd dili
Paytaxt Bağdad
Prezident Bərham Saleh
Ərazi
 - Ümumi
 - % Su
58-cı yer
435 052 km²
1.1%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
45-ci yer
36 004 552[1]
82,7/km²
Pul vahidi İraq dinarı
Saat qurşağı UTC +3
Internet TLD .iq
Telefon kodu 964

İraqın dövlət quruluşu - 2005-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

2005-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə İraq parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan müstəqillik günü (1932) 3 oktyabrda qeyd olunur.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

18 bölgədən (mühafazatdan) ibarətdir (Əl-Anbar, Əl-Bəsrə, Əl-Müthənnə, Əl-Qədisiyyə, Ən-Nəcəf, Ərbil, Əs-Süleyməniyyə, Ət-Təmim, Bəbil, Bağdad, Dahuk, Di Qar, Diyala, Kərbəla, Meysən, Ninava, Sələhəddin, Vəsit).

tumb
tumb
  1. Bağdad (بغداد)
  2. Səlahəddin (صلاح الدين)
  3. Diyalə (ديالى)
  4. Vasit (واسط)
  5. Meysan (ميسان)
  6. Bəsrə (البصرة)
  7. Ziqar (ذي قار)
  8. Müsənnə (مثنى)
  9. Qədisiyə (قادسية)
  1. Babil (بابل)
  2. Kərbəla (كربلاء)
  3. Nəcəf (النجف)
  4. Anbar (أنبار)
  5. Ninəvə (نينوى)
  6. Dohuk (دهوك)
  7. Ərbil (أربيل)
  8. Kərkük (کرکوک)
  9. Süleymaniyə (سليمانية)

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Mövcud Konstitusiyaya görə İraqın müstəqilliyinin və suverenliyinin, habelə ölkədə milli birliyin qarantı olan Prezident - Nümayəndələr Məclisi (Parlament) tərəfindən 2/3 səs çoxluğu ilə, iki dəfədən artıq olmamaq şərti ilə, 4 il müddətinə seçilir.

İraq Prezidenti Nümayəndələr Məclisi tərəfindən qəbul olunan müqavilələri və qanunları ratifikasiya edir, Baş nazirin təqdimatına əsasən əfv fərmanı imzalayır, “təntənəli və fəxri” məqsədlər üçün silahlı qüvvələrinin Ali Baş Komandanı vəzifəsini həyata keçirir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

5 ildən bir seçki əsasında formalaşan Nümayəndələr Məclisidir. Qanunvericilik məsələləri ilə məşğul olan 325 üzvdən ibarət Nümayəndələr Məclisi aşağı palata sayılır [2]. Nəzərdə tutulan Yuxarı Palata (İttifaq Şurası) hələ formalaşmamışdır.

Qanunvericilik hakimiyyəti ilə yanaşı İraq Prezidentinin seçilməsi, Federal Kasasiya Məhkəməsi üzvlərinin, Baş Prokurorun, Ali Məhkəmə Şurasının təklifi ilə Məhkəmə Nəzarət Komissiyasının Prezidentinin, Ordu və qərargah rəisinin təyin və təsdiq edilməsi Parlamentin səlahiyyətlərinə aiddir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Baş nazirin başçılıq etdiyi Hökumət (Nazirlər Kabineti) iri parlament fraksiyasından formalaşaraq icra hakimiyyətini həyata keçirir.

Yeni konstitusiyaya əsasən, dövlətin daxili və xarici siyasət kursunu həyata keçirən İraq hökumətinin idarə edilməsində Baş nazirə əlavə olaraq geniş səlahiyyətlər vermişdir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

İraqın Federal məhkəmə sistemi Ali Məhkəmə Şurası, Ali Məhkəmə, Federal Kasasiya Məhkəməsi, İctimai Prokurorluq İdarəsi, Məhkəmə Nəzarət Komissiyası, habelə digər federal və bir sıra ixtisaslaşmış yerli məhkəmələrdən ibarətdir.

  • Герасимов О. Г. Ирак / Оформление художника Н. В. Батаева. — М.: Мысль, 1984. — 112 с. — (У карты мира). — 60 000 экз. (обл.)
  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4.
  1. Embassies overseas of Republic of İraq Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine: جريدة الصباح تنشر احصائية وزارة التخطيط لعدد نفوس سكان العراق لسنة Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine
  2. Отчёт о командировке в Республику Ирак с 5 по 9 марта 2010 года члена ЦИК России Сиябшаха Магомедовича Шапиева Arxivləşdirilib 2011-11-22 at the Wayback Machine Новости ЦИК России