İran–İraq münasibətləri — İran və İraq arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 1599 km[1] təşkil edir.
İran–İraq münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İran Bağdadda səfirlik, Bəsrə, Süleymaniyə, Ərbil və Kərbəlada konsulluq, İraq isə Tehranda səfirlik, Kirmanşah, Əhvaz və Məşhəddə konsulluğa sahibdir.
Bu iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatı cərçivəsində bir-biri ilə müttəfiq olmuşdur, ancaq BƏƏS partiyasının hakimiyyətə gəlməsi ilə İraqda vəziyyət dəyişir. İran inqilabından sonra Səddam Hüseyn qonşu ölkənin neft sahələrini ələ keçirməkdən ötrü onu ərazisinə soxulur. Bununlada İran-İraq müharibəsi baş verir. Müharibə 8 il davam etsədə tərəflər heç bir üstünlük əldə edə bilmirlər. Müharibə İraq iqtisadiyyatını laxladır. 1991-ci ildə isə Körfəz müharibəsi zamanı İran müharibədə iştirak etmir, ancaq Səddam Hüseynə qarşı vuruşan şiə fəallarını silahlandırır[2]. 2003-cü ildə ABŞ rəhbərliyi altında koalisiya qüvvələri İraqa daxil olur. Bundan sonra iki ölkə arasında münasibətlər normallaşır. İran bu müharibə zamanı İraq hökumətinin müttəfiqi olduğunu bəyan edir. 2008-ci ilin martında İran Prezidenti Mahmud Əhmədinejad 1979-cu ildə İran İslam İnqilabından sonra İraqı ziyarət edən ilk İran dövlət başçısı olur[3]. 2006-2009-cu illərdə İraqın baş naziri Nuri əl-Maliki İranı bir neçə dəfə rəsmi səfərlə ziyarət edir. 2009-cu ildə İraq İranla sərhəd mübahisəsi zəmnində sərhədə göndərir. Nəticədə İran ordusu İraq ərazisində yerləşən neft quyularını nəzarətə götürür[4].
İran ABŞ qüvvələrinin İraqa daxil olmasına daima qarşı olmuşdur. Hətta İran-iraq müharibəsi bitdikdən sonra münasibətlər soyuq olsa da belə. İran özü üçün ABŞ-ni daha təhlükəli hesab edirdi. İran və İraq arasında münasibətlər 2004-cü ilin ortalarında hakimiyyətin müvəqqəti hökumətə verilməsindən sonra çətinləşir. Tehran yeni hökuməti tanımaqdan imtina edir. İraq müdafiə naziri İranı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edir. İran tərəfi İraqın sadəcə demokratik yolla seçilmiş hökuməti ilə danışıqlar aparacağını bildirir. İranın Ali Lideri Əli Xamenei İraqın yeni hökumətini ABŞ-yə xidmət etməklə ittiham edir.
Bu vaxta Nəcəfdə şiə üsyanları baş qaldırır. Üsyanlara Muktada as-Sadr rəhbərlik edir. ABŞ informasiya vasitələri onu «Tehranın adamı» adlandırırlar. İraq müdafiə naziri İranı bir başa bu üsyanların təşkilində ittiham edir və ölkənin birinci düşməni adlandırır. bundan sonra İran öz vətəndaşlarına İraqa getməmək barədə xəbərdarlıq edir.
7 avqustda İraqın Bağdad şəhərində yerləşən İran səfirliyi iriçaplı odlu silahlardan atəşə tutulur. Bundan sonra məsələyə İraq döyüşçüləri qarışır. İraq İslam Ordusu qruplaşması İranın Kərbəladakı konsulunu qaçıraraq onu şiə və sünnilər arasında münaqişə törətməkdə ittiham edir.
Bununla belə 2 noyabr 2004-cü ildə İraqın xarici işlər naziri Xoşyar Zibari yaxın gələcəkdə İranla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edir. Bu iki ölkə arasında mübahisələrin həllinə imkan verə və münasibətlərin normallaşmasına təkan verə bilərdi. Bu problemlərdən arasında Şəttül-Ərəb çayı zonasında ərazi mübahisələri və İran-İraq müharibəsi zamanı İranın vurulan maddi zərərə görə təzminat istəməsi daxildir.
21 noyabr 2005-ci ildə Cəlal Tələbani İraqın Prezidenti olaraq 40 il müddətində ilk dəfə İranı ziyarət edir.
2006-cı ilin aprelində Misir Prezidenti Hüsnü Mübarək İraqın bütünlüklə İranın təsirində olması fikirini bildirir. Bu fikirlər artıq bütün ərəb dünyasında yayılır. İordaniya hökuməti bu məsələnin gələcəkdə İraq üçün böyük problemlər yaradacağını bildirmişdir.
28 iyul 2009-cu ildə İraq polis və əsgərləri Bağdadın Əşrəf düşərgəsinə basqın təşkil edirlər. Burada 3.5 min şah dönəmindən gəlmə iranlı qaçqın yaşayırdı. Onlar hələ Səddam Hüseynin dönəmində bura gəlmişdilər. Basqın zamanı 8 nəfər həlak olur və çoxlu insan yaralanır. Bu şəxslərin bir çoxu hətta ikili vətəndaşlığa sahib idilər. KİV məlumatına görə bu addım İranın təzyiqi ilə atılır[5].
İraq müharibəsi zamanı Kürdüstan Fəhlə Partiyası Kürdüstan Azad Həyatı Partiyasına bölünür və İran ərazisində hərbi əməliyyatlar keçirməyə başlayır.[6].
Türkiyə KİV-ləei PKK təşkilatını ABŞ tərəfindən maliyyələşdirildiyini bəyan edir[7]. ABŞ PKK-nı terror təşkilatları siyahısına daxil etmişdir[8].
İran İraqın bərpası prosesində mühüm rol oynayır. İrandan İraqa 2007-ci ildə 1.8 mlrd dollarlıq mal satılır. 2008-ci ildə bu rəqəm 2,3 mlrd dollar olur. Hər il İraqda yerləşən Nəcəf və Kərbəla şəhərlərini 40 min iranlı ziyarət edir. İraqdan İrana əsasən avromobil, tikinti məhsulları, tibbi ləvazimatlar, xüsusi kondisanerlər, ofis mebelləri, meyvə və xalçalar ixrac edilir[9]. İkitərfli ticarət əlaqələri 2009-cu ildə 4 mlrd, 2010-cu ildə 8 mlrd dollar olmuşdur. 2010-cu ildə iki ölkə iqtisadi sahədə 100-dən çox müqavilə imzalanmışdır[10].