İriçiçək üskükotu

İriçiçək üskükotu (lat. Digitalis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.

İriçiçək üskükotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yabani çoxillik ot bitkisi olub, inkişafının birinci ilində çətir və kökətrafı yarpaqlar, ikinci ildə isə hündürlüyü 1 m-ə qədər düz, budaqlanmayan gövdə və çiçək fırçaları əmələ gətirir. Yarpaqları itiuclu zirvəsi ilə neştərşəkilli və ya uzunsov-neştərşəkilli, kənarları bərabər olmayan dayaz dişcikli, uzunluğu 7-25 sm, eni isə 2-6,5 sm-ə bərabərdir. Aşağı yarpaqları daralan iri qanadlı saplaqdan, yuxarı hissəsi isə oturaq, kənarları uzunu iri damarlardan ibarətdir. Çiçəkləri iri, sarı, başı aşağı əyilmiş olub, uzunluğu 3-3,5 sm-ə bərabərdir.

Yarpaqları neştərşəkilli və ya uzunsov-neştərşəkilli zirvəsi itiuclu və seyrək kiçik dişli kənarlara malik, kökətrafı və gövdənin aşağı yarpaqları daralmış, qısa qanadabənzər saplaqlı, yuxarı yarpaqları isə oturaqdır. Ancaq mərkəzi və yan damarları aşağı səthdə daha yaxşı görünürlər. Zəif iylidir.

Çoxillik ot bitkisi olub, yabanı halda Qafqaz, Ural və Karpat meşələrində yaşayır.

Xammal kimi birinci il kökətrafı yarpaqları, çiçəkləmə fazasında gövdə yarpaqları və çiçəkləri toplanılır. Xammalın qurudulması 55-60оС temperaturda aparılır.

Bütün xammal yaxşı qablaşdırılmalıdır. Kip qablaşdırılma zamanı tərkibindəki bioloji aktiv maddələr uzun müddət saxlanılır. Bütün xammal quru yerdə saxlanılmaqla, işıqdan qorunmalıdır. Tozları ampul və ya flakonlarda kip bağlanmış şəraitində saxlanılmalıdır. Təmiz qlükozidi A, preparat və xammalı isə B şkafında saxlanılır. Bioloji aktiv xammalı hər il kontrol edilməlidir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarının tərkibində 23 əsas təbii qlükozidlər: başlıca olaraq lantozid A, B, C olur. Ən çox lantozid A vardır. İkinci qlükozid digitoksin və gitoksindən ibarətdir. Ümumi miqdarına görə lantozid A, B, C – 0,07%-0,8%  miqdarında olur. Tərkibində saponinlər, flavonoidlər, aşı maddələri, fenol-karbon turşusu və alkaloid izlərinə rast gəlinir.

İkiillik bitki iriçiçək üskükotunun tam inkişaf etmiş gövdə yarpaqları və çətiri xammal kimi keyfiyyətli dərman bitkisidir. Ürək xəstəliklərində təyin edilir.

Yarpaqları keyfiyyətli ürək (kardiotonik) dərmanlarıdır. Toz və sulu məhlul şəklində digitoksin, gitoksin və kordigit dərman maddələridir. Bu dərmanlarla xroniki ürək-damar çatmamazlığında (dekompensasiya), mitral qüsurlarda, karonaroskelerozda, hipertoniya xəstəliyində, miokard distrofiyasında, səyiridici aritmiyada, paroksizmal taxikardiyada və ürək ritminin digər pozğunluqlarında müvəffəqiyyətlə işlədilir. Bu bitkinin kumulyativ təsiri olduğundan müalicə ixtisaslı həkim nəzarəti altinda aparılmalıdır.