İrina (Trabzon imperatriçası)

İrina Paleoloq (yun. Εἰρήνη Παλαιολογίνα) (təq. 1315, Konstantinopolən tezi 1341) — 13-cü Trabzon imperatriçası.[2]

İrina
6 aprel 1340 – 17 iyul 1341
ƏvvəlkiVasiley
SonrakıAnna
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1315
Doğum yeri
Vəfat tarixi ən tezi 1341
Atası III Andronik (imperator)[1]
Həyat yoldaşı

Bizans imperatoru III Andronikin nikahdan kənar doğulan qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. 1335-ci ildə BizansTrabzon imperiyaları arasında qurulan ittifaqa əsasən, Trabzon imperatoru Vasileylə evləndirildi. Ancaq çox keçmədən əriylə münasibətləri pisləşdi. Belə ki, İrinadan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi. Trabzon kilsəsi tərəfindən nikahları pozulsa da, Konstantinopol baş patriarxı bunu qəbul etmədi.

Nikahının ləğv edilməsinə baxmayaraq Trabzonda nüfuz sahibi olan İrina Paleoloq 6 aprel 1340-cı ildə ərini zəhərləyərək öldürdü və tərtib etdiyi saray çevrilişiylə taxtı ələ keçirdi. Ancaq Komnenos sülaləsinə mənsub deyildi və imperatorun ölümündə təqsirləndirilirdi. Bu səbəblə hakimiyyətini təmin etmək üçün mərhum ərinin məşuqəsini və ondan doğulan övladlarını Konstantinopola göndərərək onları atasının nəzarətində saxladı. Həm Trabzondakı vəziyyətini sabitləşdirmək, həm də dövlət idarəsində ona kömək etməsi üçün atasından Bizans zadəganlarından birini ona ər olaraq seçməsini istəsə də, III Andronik bir müddət sonra vəfat etdi (15 iyun 1341).

Yerli əsilzadələrin başlatdığı üsyan 1340-cı ilin iyununda amansızlıqla yatırıldı. Belə ki, monastıra sığınan zadəganlar içəridə ikən monastır top atəşiylə dağıdıldı. Ancaq daha sonra hücum edən türkmənlər tərəfindən Trabzon talanaraq yandırıldı. Üstəlik o əsnada şəhərdə yayılan epidemiya səbəbilə hər yer insan və heyvan cəsədləriylə doldu.

Monastır qətliamından qaça bilən əsilzadələr bir araya gələrək bu fəlakətdən çıxış yolu olaraq imperator II Alekseyin qızı və o əsnada kilsədə rahibə olaraq yaşayan Anna Komninini taxta çıxarmağı planlaşdırdılar. Rahibəlikdən əl çəkdirilən Anna Komnini imperiyanın şərq torpaqlarında yeni imperatriça elan olundu. Buna cavab olaraq İrina Paleoloq əsir alınan bəzi əsilzadələri edam etdirdi. Buna baxmayaraq Anna Komnininin Trabzona gəlişinin qarşısını ala bilmədi. Yeni imperatriça 17 iyul 1341-ci ildə şəhərə daxil oldu. Ələ keçirilən İrina Paleoloq Konstantinopola — ögey qardaşı V İohannın yanına göndərildi. Qalan həyatıyla bağlı məlumat yoxdur.

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
  1. Lundy D. R. Irene Palaeologine, Empress of Trebizond // The Peerage (ing.).
  2. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.