İriomote adası (西表島, Iriomote-jima?) — Yaponiyada yerləşən, Şərqi Çin dənizindəki Yaeyama adaları qrupuna daxil olan ən böyük adadır. Okinava prefekturasının bir hissəsidir. Ada Taybey şəhərindən 180 kilometr cənubda, Tayvan prefekturasından isə 430 kilometr cənubda yerləşmişdir.[1]
İriomote adası | |
---|---|
yap. 西表島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 289,28 km² |
Uzunluğu |
|
Eni | 19 km |
Əhalisi | 2.224 nəfər (2011-ci il) |
Yerləşməsi | |
24°20′02″ şm. e. 123°47′57″ ş. u. | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın əhalisi olan hissəsi dövlətin mühafizəsinin altındadır. Adanın ümumi sahəsi İriomote-İsiqaki milli parkının ərazisi ilə birlikdə 205,69 km²-ə bərabərdir. Adanın tərkibinə həmçinin Kurosima, Koxama və Taketomi adaları daxildir. İki adanın arasında Yaponiyanın ən böyük mərcan rifi yerləşir. Mərcan rifi şimaldan cənuba doğru 20 kilometr, şərqdən qərbə doğru isə 15 kilometr ərazidə yayılmışdır. Adanın daxilindən Okinava prefekturasının ən uzun çayı olan Urauçi çayı axır. Kiçik çaylar olan Nakama və Nakara çayları da adanın daxilindən axan çaylardandır. Okinava prefekturasının ən böyük şəlaləsi olan Pinaysara şəlaləsi də bu adadadır.[2]
Adanın 90 %-i subtropik bakir meşələri ilə örtülmüşdür. Çayların uzununa boyunca yerləşən ovalıqlarda manqrov bataqlıqları olur.
1965-ci ildə burada adada yaşayan İriomot pişiyi və digər pişik növləri mühafizə altına alınmışdır. Ən çox mühafizə olunan pişik yarımnövü isə İriomot pişiyidir.
Zəhəri çox güclü olan Xabu ilanı və ya Yaeyama arxipelaqında yaşayan sarı-yaşıl kufiya (Trimeresurus riukiuanus) adanın ən təhlükəli heyvanları hesab olunur. Bu heyvanlar Okinava prefekturasında geniş yayılmışdır.[3]
Ada az bir ərazində əhali məskunlaşmışdır. Adada yaşayan əhalinin sayə təxminən 2000 nəfərdən bir qədər çoxdur. İnzibati cəhətdən eyni adlı adada yerləşmiş Taketomi qəsəbəsinə aiddir.
İsiqaki İriomote adası qonşu adadan fərqli olaraq standart mehmanxanalara malik deyil. Ada daha çox dalğıclıq və bekpakinq sahələri ilə məşhurdur. Bu sahələr turistlərin adaya axın etməsinə səbəb olur. Qayıqlarda səyahət etmə və ada üzrə gəzintilər turistlərin tipik əyləncələri hesab olunur.[4]
İriomote adasında Yaponiyanın ən cənub onseni yerləşir.
Ən yaxın aerodrom İsiqaki adasında yerləşmişdir.