İrqanay su anbarı

İrqanay su anbarı
Ölkə  Rusiya
RegionDağıstan
Tikilmə tarixi1.977
Dəniz səviyyəsi547 m
Uzunluğu18 k m
Eni0,5 k m
Sahəsi18 k m²
Həcmi0,601 m³
Sahil uzunluğu43 k m
Tökülən çayAvar Göysu çayı
Axan çayAvar Göysu çayı
Bəndi101
Dolma ili2.008
İrqanay su anbarı (Rusiya)
İrqanay su anbarı (Dağıstan)


İrqanay su anbarıRusiyanın Dağıstan Respublikasında yerləşə süni su hövzəsi. Su anbarı Avar Göysu çayı üzərində İrqanay SES tikilməsi nəticəsində yaranmış. İrqanay su anbarı Unsuqul rayonu ərazisinə aiddir. Su anbarı sahillərində Şamilkala qəsəbəsi, İrqanay (Yeni İrqanay) kəndi, Zirani və Maydanski kəndləri yerləşir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Su anbarının sahəsi normal su dolma səviyyəsi zamanı 18 km² olur. Uzunluğu isə 21 km-dir. Tam və faydalı su həcmi 601 və 371 milyon m³-dir. O üzdən su anbarında suyun səviyyəsi mövsimi olaraq nizamlanır. Su səviyyəsinin normal olduğu zamanı su anbarının dəniz səviyyəsindən hündürlüyü 547 metr olur (Baltik dəniz səviyyəsi). Maksimal su tutumu zamanı isə hündürlük 548,5 metr, ən aşağı su səviyyəsində isə 520 metr olur [1].

Su anbarının sahil xətləri çox parçalanmış. Ümumi sahil xəttinin uzunluğu 43 km-dir. İrqanay su anbarının orta eni 500 m, maksimal eni isə 1,5 km-dir. Bəndin hündürlüyü 111 metr, eni isə 317 metrdir.

Su anbarının fauna və florası çox zəngin deyil. Daha çox forel, qızılbalıq, çəkişirbit üstünlük təşkil edir.[2]

Tikintisi[redaktə | mənbəni redaktə et]

İrqanay SES-nın tikintisinə 1977-ci ildə başlanılmış. Ancaq bu stansiya keçmiş SSRİ-də ən uzun müddətli tikintilərdən birinə çevrilmiş. Su anbarının tam su ilə doldurulması prosesi 2008-ci ildə yekunlaşmış. Su anbarının doldurulması nəticəsində 940 hektar kənd təsərrüfatına yararlı torpaq və bağ sahələri su altında qalmış. 521 tikilinin yeri dəyişdirilmiş. Su anbarı tikintisindən sonra tam olaraq İrqanay kəndi, qismən isə Zirani və Maydanski kəndləri köçürülmüş.

Su anbarının tələsik doldurulması səbəbi ilə ərazinin tam sanitar təmizliyini həyata keçirmək mümükün olmamış. Təmizləmə ancaq 30% həyata keçirilmiş. Nəticədə su dibində kəsilməmiş bağlar, evlər, təsərrüfat tikililəri və qəbiristanlıqlar qalmış.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Дворецкая М.И., Жданова А.П., Лушников О.Г., Слива И.В. Возобновляемая энергия. Гидроэлектростанции России. — СПб.: Издательство Санкт-Петербургского политехнического университета Петра Великого, 2018. — 224 с. — ISBN 978-5-7422-6139-1.
  2. "Ирганайское водохранилище". 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.