Avar göysu (türk - göysu,[1] bəzən yanlış olaraq qoyun suyu kimi izah edirlər, - yuxarı axarında Cirmut) — Dağıstanda Sulak çayının əsas götürdüyü çay. Uzunluğu -178 km.
Avar Göysu çayı | |
---|---|
azərb. Göysu avar. Cirmut | |
| |
Ölkə | Rusiya, Dağıstan |
Mənbəyi | Quton dağı Baş Qafqaz silsiləsi, Dağıstanın Tlərata rayonu. |
• Yüksəkliyi | 2740 m |
Mənsəbi | Sulak çayı |
• Yüksəkliyi | 300 m |
Uzunluğu | 178 km |
Meyilliyi | 1,53 m/km |
Su sərfi | 95 м³/s (Maydanskoye kəndi) |
Su sistemi | Sulak çayı/Xəzər dənizi |
Hövzəsinin sahəsi | 7.660 km² |
|
|
DSR[rus.] | 07030000112109300000728 |
Vikianbarda əlaqəli mediafayllar |
Quton dağından (Baş Qafqaz silsiləsi) başlanır, Nukatl silsiləsindən yan keçərək, çox vaxt kanyonda axır. Əsasən şimal-şərq istiqamətində axaraq, Çirkotadan 6 km şərqdə Andi göysu ilə qovuşaraq Sulak çayını yaradır. Uzunluğu 178 km, ümumi düşməsi 2440 m, su yığımı sahəsi 7660 kv km, orta yüksəkliyi 2160. Çayın hövzəsində bulaşma sahəsi 6,8 kv km təşkil edir.
Şimal-şərqdə su yığımı Boqos sislisələsi, cənub-qərbdə Əsas Qafqaz silsiləsi, cənubda Dültı Dağ massivi və Sarfun yal silsiləsi ilə məhdudlaşır. Sahəsinin mühüm hissəsi 1500 m dəniz səviyəsindən, o cümlədən 10% 3000 m, yüksəkdə yerləşir.
Avar Göysu çayı yaz-yayda sel ilə, qışda aşağı səviyəsi ilə səciyələnir. İl ərzində su axımı bərabər bölünmür. Ən çox sulu maydan avqusta qədər olur ki bu vaxta ərzində illik axımın 65% baş verir. Ən çox su məsrəfi bəzi illərdə qarın əriməsindən, bəzi illərdə yağışdan yaranır. Orta illik məsrəfi 90,5 kub m/s. Maksimum 1350 kub m/s. Çay böyük həcmdə lil gətirir(bulanıqlıq1700 q/kub m təşkil edir ).
Hövzəsindəki çayların ümumi sayı 1440 çatır, onlardan 52 uzunluğu 10 km çatır. Əsas qolları Zemar-or, Hzan-or, Rutluh, Dəmir, Tobot, Qaraqoysu.