İrvin Rouz

İrvin Rouz[3] – (16 iyul 1926[1][2][…], Bruklin, Nyu-York ştatı2 iyun 2015[1][2][…]) - amerikalı bioloq və biokimyaçı, 2004-cü ildə "Uvikvitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə" Avram Herşko ilə birlikdə kimya üzrə Nobel mükafatı laureatı  adına layiq görülüb.

İrvin Rouz
ing. Irwin A. Rose
Doğum tarixi 16 iyul 1926(1926-07-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 iyun 2015(2015-06-02)[1][2][…] (88 yaşında)
Elm sahəsi biologiya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1979-cu ildən)[4].

Bioqrafiyası və elmi işi

[redaktə | mənbəni redaktə et]

1926-cı ilin 16 iyulunda  parket ustası Harry Royze (əslən Odessadandır) və Macarıstandan olan mühacirlərin qızı Ella Qrinvaldın yəhudi ailəsində anadan olmuşdur. 13 yaşına qədər o, Bruklin 134 saylı orta məktəbində oxumuş və bazar günlərində isə yəhudi məktəbini ziyarət etmişdir. 1939-cu ildə ailəsi ilə birlikdə Spokane şəhərinə köçmüşdürlər.[5]

O, Vaşinqton Universitetində oxumuş, 1948-ci ildə isə oranı bitirmişdir (İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə gedərək təhsilinə fasilə vermişdir). Qayıtdıqdan sonra 1952-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmişdir.

İ.Rouz Filadelfiyadakı Foks Çeys Xərçəng Mərkəzində proteazomda hüceyrə zülalının parçalanması sistemində uvikvitinin rolunu kəşf edən bir qrupa rəhbərlik etmişdir. Bu kəşfə görə o, Aaron ÇexanoverAvram Herşko ilə bərabər 2004-cü ildə kimya üzrə Nobel mükafatını almışdır.

İrvin Rouz Kaliforniya Universitetinin Tibb Kollecinin fəxri professoru olmuşdur.

Ailəsi haqqında

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı (1955-ci ildən) - biokimyaçı Zelda Budenstayn Rouz, PhD (fəlsəfə doktoru) və dörd uşaq sahibi olmuşdur.[6]

Əsas nəşrləri

[redaktə | mənbəni redaktə et]
  • Hershko, A., Ciechanover, A. və Rose, I.A. (1979) "Retikulositlərdən ATP asılı proteolitik sistemin həlli: ATP ilə qarşılıqlı əlaqədə olan bir komponent". Proc. Natl. akad. Sci. ABŞ 76, səh. 3107-3110.
  • Hershko, A., Ciechanover, A., Heller, H., Haas, A.L. və Rose I.A. (1980) "Zülalların parçalanmasında ATP-nin təklif olunan rolu: ATP-dən asılı proteolizin polipeptidinin çoxsaylı zəncirləri ilə zülalların konjuqasiyası". Proc. Natl. akad. Sci. ABŞ 77, səh. 1783—1786. [7]
  1. 1 2 3 4 Irwin Rose // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Irwin A. Rose // Solomon Quqqenhaym muzeyi. 1937.
  3. В США умер лауреат Нобелевской премии по химии Ирвин Роуз Архивная копия от 3 июня 2015 на Wayback Machine // Наука: Наука и техника: Lenta.ru, 3 июня 2015
  4. Irwin A. Rose Архивная копия от 27 декабря 2018 на Wayback Machine  (англ.)
  5. Автобиография Ирвина Роуза на сайте Нобелевского комитета. Дата обращения: 21 июня 2012. Архивировано 22 января 2013 года.
  6. Florida Atlantic University Libraries. Дата обращения: 21 июня 2012. Архивировано из оригинала 9 октября 2011 года.
  7. "Arxivlənmiş surət". 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.