Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir.[2] Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[3] 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[4]
Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür.[5] Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökumətləri icazə vermədi. Sonradan onlar diplom və medalı alsalar da mükafat pulunu almadılar. Frederik Senger eyni sahə üzrə iki dəfə Nobel mükafatına layiq görülən iki laureatdan biridir (1958 və 1980-ci il). Digəri isə Con Bardindir o, iki dəfə, 1956 və 1972-ci ildə, Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Digər iki nəfər iki dəfə Nobel mükafatını qazandı, biri kimya olmaqla digəri başqa sahə üzrə: Mariya Salomea Küri (1903-cü ildə fizika, 1911-ci ildə kimya üzrə) və Laynus Polinq (1954-cü ildə kimya, 1962-ci ildə sülh üzrə).[6] 2018-ci ilə kimi mükafat 180 şəxsə verildi. Onlardan beşi qadın idi: Mariya Salomea Küri, İren Jolio-Küri (1935), Doroti Kroufut Hockin (1964), Ada Yonat (2009) və Frensis Arnold (2018).[7][8]
1916, 1917, 1919, 1924, 1933, 1940–42-ci illərdə Kimya üzrə Nobel mükafatı verilmədi. Həmçinin Kimya üzrə Nobel mükafatı 9 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Kimya üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Teodor Vilyam Riçardsa verildi və 1914-cü il mükafatı olaraq sayılmışdı.[9] Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Fris Haberə[10], 1920-ci ilin mükafatı 1921-ci ildə Valter Nernstə[11], 1921-ci ilin mükafatı 1922-ci ildə Frederik Soddiyə[12], 1925-ci ilin mükafatı 1926-cı ildə Rixard Ziqmondiyə[13], 1927-ci ilin mükafatı 1928-ci ildə Henrix Vilanda[14], 1938-ci ilin mükafatı 1939-cu ildə Riçard Kuna[15], 1943-cü ilin mükafatı 1944-cü ildə Georq de Xeveşiyə[16] və 1944-cü ilin mükafatı 1945-ci ildə Otto Hana verilmişdir.[17]
İl | Şəkil | Laureat | Ölkə | Əsaslanma | Ref |
---|---|---|---|---|---|
1901 | Yakob Vant-Hoff | Niderland | "Məhlularda kimyəvi dinamika qanunlarını və osmos təzyiqini kəşf etdiyinə görə" | [18] | |
1902 | Emil Fişer | Almaniya İmperiyası | "Şəkər və purin sintezi ilə əlaqəli çalışmalarına görə" | [19] | |
1903 | Svante Arrenius | İsveç | "Dissosiasiyanın elektrolit nəzəriyyəsinə görə" | [20] | |
1904 | Uilyam Ramzay | Birləşmiş Krallıq | "Havadakı təsirsiz qaz elementlərinin kəşfi və bu elementlərin dövri sistemdəki yerini müəyyən etməsinə görə" | [21] | |
1905 | Adolf fon Bayer | Almaniya İmperiyası | "Üzvi boyalar və hidroaromatik birləşmələr üzərindəki tədqiqatları vasitəsilə üzvi kimya və kimya sənayesinin inkişaf etdirilməsinə görə" | [22] | |
1906 | Anri Muassan | Fransa | "Flüor elementinin tədqiqi və təcrid etməsi və elektrik peçi ixtirasına görə" | [23] | |
1907 | Eduard Buxner | Almaniya İmperiyası | "Biokimyəvi tədqiqatları və hüceyrəsiz sistemdə fermentasiyanı kəşf etməsinə görə " | [24] | |
1908 | Ernest Rezerford | Birləşmiş Krallıq Yeni Zelandiya |
"Elementlərin parçalanması və radioaktiv maddələrin kimyası ilə əlaqədar apardığı tədqiqatlara görə" | [25] | |
1909 | Otto Vallax | Almaniya İmperiyası | "Katalizlə əlaqəli çalışmalarına və kimyəvi tarazlıq və reaksiya sürətini idarə edən fundamental prinsiplər üzərindəki araşdırmalarına görə" | [26] | |
1910 | Otto Vallax | Almaniya İmperiyası | "Alisiklik birləşmələr sahəsindəki qabaqcıl tədqiqatları ilə üzvi kimya və kimya sənayesinə verdiyi töhfələrə görə" | [27] | |
1911 | Mariya Küri | Polşa Fransa |
"…radium və polonium elementlərinin kəşfinə görə…" | [28] | |
1912 | Viktor Qrinyar | Fransa | "Qrinyar reaktivini kəşf etməsinə görə." | [29] | |
Pol Sabatye | Fransa | "Narın dispers metalların iştirakı ilə üzvi maddələrin hidrogenləşdirmə metoduna görə" | [29] | ||
1913 | Alfred Verner | İsveçrə | "Molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və xüsusi ilə qeyri-üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə" | [30] | |
1914 | Teodor Vilyam Riçards | ABŞ | "Bir çox kimyəvi elementlərin atom kütlələrini dəqiq təyin etdiyinə görə " | [9] | |
1915 | Rixard Vilştetter | Almaniya İmperiyası | "Bitki aləminin boyayıcı maddələrinin, xüsusən xlorofilin öyrənilməsi sahəsində həyata keçirdiyi kompleks tədqiqatlara görə " | [31] | |
1916 | Mükafat verilmədi | ||||
1917 | |||||
1918 | Fris Haber | Almaniya İmperiyası | "Ammonyakı onun elementlərindən sintez etməsinə görə" | [10] | |
1919 | Mükafat verilmədi | ||||
1920 | Valter Nernst | Almaniya | "Termokimya ilə əlaqəli tədqiqatlarına görə" | [11] | |
1921 | Frederik Soddi | Birləşmiş Krallıq | "Radioaktiv maddələrin kimyası və izotopların təbiəti və yaranması problemlərinin öyrənilməsi ilə əlaqədar həyata keçirdiyi mühüm tədqiqatlarına görə" | [12] | |
1922 | Frensis Aston | Birləşmiş Krallıq | "Kütləvi spektroqrafı vasitəsilə radioaktiv olmayan elementlərin çoxlu sayda izotoplarını kəşf etdiyinə və tam ədədlər qaydasını yaratdığına görə" | [32] | |
1923 | Frits Preql | Avstriya Yuqoslaviya krallığı |
"Üzvi maddələrin mikro analizi metodunun ixtirasına görə" | [33] | |
1924 | Mükafat verilmədi | ||||
1925 | Rixard Ziqmondi | Almaniya Macarıstan |
"Kalloid məhlulların heterogen təbiətini müəyyən etdiyinə və müasir kalloid kimyada mühüm əhəmiyyət kəsb edən orijinal metodlar işləyib hazırladığına görə" | [13] | |
1926 | Teodor Svedberq | İsveç | "Dispers sistemlər sahəsindəki tədqiqatlarına görə" | [34] | |
1927 | Henrix Viland | Almaniya | "Öd turşuları və əlaqəli maddələrin tədqiqinə görə" | [14] | |
1928 | Adolf Vindaus | Almaniya | "Sterinlərin tərkibinin və onların vitaminlərlə əlaqələrinin tədqiqinə görə" | [35] | |
1929 | Artur Qarden | Birləşmiş Krallıq | "Şəkərin fermentasiyası və fermentativ fermentlərin tədqiqinə görə" | [36] | |
Hans fon Eyler-Helpin | İsveç | ||||
1930 | Hans Fişer | Almaniya | "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" | [37] | |
1931 | Karl Boş | Almaniya | "Kimyəvi yüksək təzyiq metodlarının ixtirasına və inkişafına verdikləri töhfələrə görə" | [38] | |
Fridrix Bergius | Almaniya | ||||
1932 | İrvinq Lenqmyur | ABŞ | "Səth kimyası ilə əlaqəli kəşfləri və tədqiqatlarına görə" | [39] | |
1933 | Mükafat verilmədi | ||||
1934 | Harold Kleyton Yuri | ABŞ | "Ağır hidrogeni kəşf etməsinə görə" | [40] | |
1935 | Frederik Jolio-Küri | Fransa | "Yeni radioaktiv elementlərin sintezinə görə" | [41] | |
İren Jolio-Küri | Fransa | ||||
1936 | Peter Debay | Niderland | "Dipol momentləri, qazlardakı x-şüalarının və elektronların diffraksiyası ilə əlaqəli tədqiqatları vasitəsilə molekulyar strukturlar üzərindəki çalışmalarına görə" | [42] | |
1937 | Volter Houors Normen | Birləşmiş Krallıq | "Karbohidratlar və C vitamini ilə əlaqəli tədiqatlarına görə" | [43] | |
Paul Karrer | İsveçrə | "Karotenoidlər, flavinlər, A və B2 vitaminləri üzərində apardığı tədqiqatlara görə" | |||
1938 | Riçard Kun | Nasist Almaniyası | "Karotenoidlər və vitaminlər ilə əlaqəli tədqiqatlarına görə" | [15] | |
1939 | Adolf Butenandt | Nasist Almaniyası | "Cinsiyyət hormonları ilə əlaqədar tədqiqatlarına görə" | [44] | |
Lepold Rujiçka | Yuqoslaviya Krallığı İsveçrə |
"Polimetilen və yüksək terpenlər ilə əlaqəli tədqiqatlarına görə" | [44] | ||
1940 | Mükafat verilmədi | ||||
1941 | |||||
1942 | |||||
1943 | Georq de Xeveşi | Nasist Almaniyası | "kimyəvi proseslərin öyrənilməsi zamanı izotopların nişanlanmış atomlar kimi istifadəsi üzrə işlərə görə" | [16] | |
1944 | Otto Hahn | Nasist Almaniyası | "Ağır atom nüvələrinin parçalanmasının kəşfinə görə" | [17] | |
1945 | Artturi İlmari Virtanen | Finlandiya | "Kənd təsərrüfatı və qida kimyası sahəsində tədqiqatlarına və ixtiralarına, xüsusən də yemlərin konservləşdirilməsi üsullarına görə" | [45] | |
1946 | Ceyms Samner | ABŞ | "Fermentlərin kristallaşdırıla biləcəyini kəşf etməsinə görə" | [46] | |
John Howard Northrop | ABŞ | "Fermentləri və virus zülallarını təmiz halda aldıqlarına görə" | [46] | ||
Uendell Meredit Stenli | ABŞ | ||||
1947 | Robert Robinson | Birləşmiş Krallıq | "Bioloji əhəmiyyətə malik bitki məhsulları, xüsusən alkaloidlər əlaqəli apardığı araşdırmalara görə" | [47] | |
1948 | Arne Tiselius | İsveç | "Elektroforezin və adsorbsiyalı analizin tədqiqinə, xüsusən zərdabın zülallarının kompleks təbiəti ilə əlaqəli kəşflərinə görə" | [48] | |
1949 | Uilyam Ciok | ABŞ | "Kimyəvi termodinamika sahəsindəki xidmətlərinə görə, xüsusən maddələrin son dərəcə aşağı temperaturda davranışı ilə əlaqədar" | [49] | |
1950 | Otto Dils | Qərbi Almaniya | "Dien sintezini kəşf etdiklərinə və təkmilləşdirdiklərinə görə" | [50] | |
Kurt Alder | Qərbi Almaniya | ||||
1951 | Edvin Makmillan | ABŞ | "Transuran elementləri sahəsindəki kəşflərinə görə" | [51] | |
Qlenn Teodor Siborq | ABŞ | ||||
1952 | Arçer Con Porter Martin | Biləşmiş Krallıq | "Paylayıcı xromatoqrafiyanın ixtirasına görə" | [52] | |
Riçard Lorens Millinqton Sinq | Biləşmiş Krallıq | ||||
1953 | German Ştaudinger | Qərbi Almaniya | "Polimerlər kimyası sahəsindəki kəşflərinə görə" | [53] | |
1954 | Laynus Polinq | ABŞ | "Kimyəvi rabitənin təbiətinin tədqiqinə və onu birləşmələrin strukturunun müəyyən olunması üçün istifadəsinə görə" | [54] | |
1955 | Vinsent dü Vinyo | ABŞ | "Biokimyəvi əhəmiyyətli kükürd birləşmələri ilə əlaqəli tədqiqatlarına və xüsusilə polipeptid hormonunun ilk sintezinə görə" | [55] | |
1956 | Sir Siril Norman Hinşelvud | Birləşmiş Krallıq | "Kimyəvi reaksiyaların mexanizminin tədqiqinə görə" | [56] | |
Nikolay Semyonov | SSRİ | ||||
1957 | Aleksander Robertus Todd | Birləşmiş Krallıq | "Nukleozidlər və ko-fermentlər ilə əlaqəli tədqiqatlarına görə" | [57] | |
1958 | Frederik Sanger | Birləşmiş Krallıq | "Zülalların, xüsusən insulinin strukturu ilə əlaqəli tədqiqatlarına görə" | [58] | |
1959 | Yaroslav Heyrovski | Çexoslovakiya | "Polyaroqrafik analiz üsulunun kəşfi və təkmilləşdirməsinə görə" | [59] | |
1960 | Uillard Libbi | ABŞ | "Arxeologiya, geologiya, geofizika və digər elm sahələrində yaşın müəyyənləşdirilməsi üçün karbon-14 istifadə metoduna görə" | [60] | |
1961 | Melvin Kalvin | ABŞ | "Karbon qazının bitkilərdə assimilyasiyasının tədqiqinə görə" | [61] | |
1962 | Maks Peruç | Birləşmiş Krallıq | "Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə" | [62] | |
Con Kendrü | Birləşmiş Krallıq | ||||
1963 | Karl Ziqler | Qərbi Almaniya | "Yüksək polimerlərin kimyası və texnologiyası sahəsində kəşflərinə gör" | [63] | |
Culio Natta | İtaliya | ||||
1964 | Doroti Kroufut Hockin | Birləşmiş Krallıq | "Mürəkkəb biokimyəvi birləşmələrin strukturunun rentgen üsulu vasitəsilə müəyyən etməsinə görə" | [64] | |
1965 | Robert Börns Vudvord | ABŞ | "Üzvi sintez sənətindəki böyük uğurlarına görə" | [65] | |
1966 | Robert Sanderson Malliken | ABŞ | "Molekulyar orbital metodu ilə kimyəvi rabitələr və molekulların elektron quruluşu ilə bağlı fundamental tədqiqatlarına görə" | [66] | |
1967 | Manfred Eyqen | Qərbi Almaniya | "Olduqca qısa impulsla molekulyar tarazlığın yerdəyişməsinin köməyi ilə olduqca sürətli kimyəvi reaksiyalara aid tədqiqatlarına görə" | [67] | |
Ronald Corc Reyford Norriş | Birləşmiş Krallıq | ||||
Corc Porter | Birləşmiş Krallıq | ||||
1968 | Lars Onsager | ABŞ Norveç |
"Dönməz proseslərdə onun adı ilə adlandırılan və dönməz proseslərin termodinamikası üçün prinsipial əhəmiyyət kəsb edən qarşılıqlar nisbətlərinin kəşfinə görə" | [68] | |
1969 | Derek Barton | Birləşmiş Krallıq | "Konformasiya konseptinin təkmilləşdirilməsinə və kimya elmində tətbiqinə verdiyi töhfələrinə görə" | [69] | |
Odd Hassel | Norveç | ||||
1970 | Luis Leluar | Argentina | "Şəkər nukleotidlərinin və onların karbohidratların biosintezindəki rolunu kəşf etdiyinə görə" | [70] | |
1971 | Gerhard Hersberq | Kanada Qərbi Almaniya |
"Elektron quruluşu və molekulların həndəsəsi, xüsusən də sərbəst radikalların öyrənilməsindəki töhfələrinə görə" | [71] | |
1972 | Kristian Anfinsen | ABŞ | "Ribonukleaza və xüsusən amin turşusu ardıcıllığı və bioloji aktiv konformasiya arasındakı əlaqə üzərindəki tədqiqatlarına görə" | [72] | |
Stanford Mur | ABŞ | "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" | [72] | ||
Uilyam Hovard Stayn | ABŞ | ||||
1973 | Ernst Otto Fişer | Qərbi Almaniya | "Sendvic" adlanan metalüzvi kimyası sahəsindəki müstəqil olaraq həyata keçirdikləri qabaqcıl tədqiqatlarına görə" | [73] | |
Ceffri Uilkinson | Birləşmiş Krallıq | ||||
1974 | Pol Flori | ABŞ | "Makromolekulların fiziki kimyası sahəsindəki həm nəzəri, həm də eksperimental olaraq fundamental tədqiqatlarına görə" | [74] | |
1975 | Con Kornfort | Avstraliya Birləşmiş Krallıq |
"Fermentativ kataliz reaksiyalarının stereokimyası üzrə tədqiqatlarına görə" | [75] | |
Vladimir Preloq | Yuqoslaviya İsveçrə |
"Üzvi molekulların və reaksiyaların stereokimyası sahəsindəki tədqiqatlarına görə" | [75] | ||
1976 | Uilyam Lipskomb | ABŞ | "Kimyəvi rabitələrin problemlərini bilmək üçün açar olan boranların strukturunun tədqiqinə görə" | [76] | |
1977 | İlya Priqojin | Belçika | "Dönməz proseslərin termodinamikasına verdiyi töhfələrə, xüsusən də dissipativ strukturlar nəzəriyyəsinə görə" | [77] | |
1978 | Piter Mitçell | Birləşmiş Krallıq | "Xemiosmotik nəzəriyyəni yaratmaqla bioloji enerjinin ötürülməsi prosesini anlamaqda xidmətlərinə görə" | [78] | |
1979 | Herbert Braun | ABŞ | "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" | [79] | |
Georg Vittiq | Qərbi Almaniya | ||||
1980 | Pol Berq | ABŞ | "Xüsusilə rekombinant-DNT ilə əlaqədar olaraq, nuklein turşularının biokimyası ilə bağlı fundamental tədqiqatlarına görə "" | [80] | |
Volter Gilbert | ABŞ | "Nuklein turşularında əsas ardıcıllığının müəyyənləşdirilməsinə dair töhfələrinə görə" | [80] | ||
Frederik Senger | Birləşmiş Krallıq | ||||
1981 | Keniti Fukui | Yaponiya | "Kimyəvi reaksiyaların gedişatı ilə əlaqədar müstəqil şəkildə təkmilləşdirdikləri nəzəriyyələrinə görə" | [81] | |
Roald Hofman | ABŞ Polşa | ||||
1982 | Aaron Kluq | Birləşmiş Krallıq | "Kristalloqrafik elektron mikroskopiyasının təkmilləşdirilməsi və nuklein turşusu — zülal bioloji əhəmiyyətli komplekslərin tədqiqinə görə" | [82] | |
1983 | Henri Taube | ABŞ | "Xüsusilə metal komplekslərində elektron ötürmə reaksiyalarının mexanizmləri ilə əlaqədar tədqiqatlarına görə" | [83] | |
1984 | Robert Brüs Merrifild | ABŞ | "Bərk matrisdə kimyəvi sintez metodologiyasının təkmilləşdirməsinə görə"" | [84] | |
1985 | Herbert Hauptman | ABŞ | ""Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" | [85] | |
Cerom Karle | ABŞ | ||||
1986 | Dadli Robert Herşbax | ABŞ | "Kimyəvi elementar proseslərin dinamikasına aid töhfələrinə görə" | [86] | |
Yuan Li | ABŞ Tayvan | ||||
Con Çarlz Polani | Kanada Macarıstan | ||||
1987 | Donald Kram | ABŞ | "Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə" | [87] | |
Jan-Mari Len | Fransa | ||||
Çarlz Pedersen | ABŞ | ||||
1988 | Yohan Dayzenhofer | Qərbi Almaniya | "Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə" | [88] | |
Robert Huber | Qərbi Almaniya | ||||
Hartmut Michel | Qərbi Almaniya | ||||
1989 | Sidney Oltmen | Kanada ABŞ |
"RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" | [89] | |
Tomas Çek | ABŞ | ||||
1990 | Elias Ceyms Kori | ABŞ | "Üzvi sintez nəzəriyyəsini və metodologiyasını təkmilləşdiriyinə görə" | [90] | |
1991 | Rixard Ernst | İsveçrə | "Yüksək qətiyyətli nüvə maqnetik rezonans (NMR) spektroskopiyasının metodologiyasının təkmilləşdirilməsindəki töhfələrinə görə" | [91] | |
1992 | Rudolf Markus | ABŞ Kanada |
"Kimyəvi sistemlərdə elektron ötürmə reaksiyaları nəzəriyyəsinə verdiyi töhfələrə görə" | [92] | |
1993 | Keri Mullis | ABŞ | "DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə […] Polimeraz zəncir reaksiyası metodunun ixtirasına görə" | [93] | |
Maykl Smit | Kanada | "DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə […] Oliqonukleotid əsaslı, sayt istiqamətlənmiş mutagenezin qurulmasına və protein tədqiqatlarında təkmilləşdirməsində verdiyi fundamental töhfələrə görə" | [93] | ||
1994 | Corc Olah | ABŞ Macarıstan |
"Karbokation kimyasına verdiyi töhfələrinə görə" | [94] | |
1995 | Paul Krutzen | Niderland | "Atmosfer kimyasındaki tədqiqatlarına görə, xüsusən də ozonun əmələ gəlməsi və parçalanması ilə əlaqədar" | [95] | |
Mario Molina | Meksika | ||||
Frank Şervud Rouland | ABŞ | ||||
1996 | Robert Kerl | ABŞ | "Fullerenləri kəşf etdiklərinə görə" | [96] | |
Sir Harold Kroto | Birləşmiş Krallıq | ||||
Riçard Smolli | ABŞ | ||||
1997 | Pol Boyer | ABŞ | "Adenozin trifosfatın sintezinin əsasını təşkil edən fermentativ mexanizmi izah etdiklərinə görə" | [97] | |
Con Uoker | Birləşmiş Krallıq | ||||
Yens Skou | Danimarka | "İon ötürücü Na+, K±ATP fermentinin kəşfinə görə" | [97] | ||
1998 | Valter Kon | ABŞ | "Funksional sıxlıq nəzəriyyəsini təkmilləşdirdiyinə görə" | [98] | |
Con Popl | Birləşmiş Krallıq | "Kvant kimyasında hesablama metodlarını təkmilləşdirdiyinə görə" | [98] | ||
1999 | Əhməd Zevayl | ABŞ Misir |
"Femtosaniya spektroskopiyasını istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid vəziyyətlərini tədqiq etdiyinə görə" | [99] | |
2000 | Alan Xiqer | ABŞ | "Polimerdə keçiriliciyin kəşfinə və təkmilləşdirdiklərinə görə" | [100] | |
Alan MakDiarmid | ABŞ Yeni Zelandiya | ||||
Hideki Sirakava | Yaponiya | ||||
2001 | Uilyam Noulz | ABŞ | "Xiral katalizləşdirilən hidrogenləşmə reaksiyaları üzrə tədqiqatlarına görə" | [101] | |
Noyori Ryodzi | Yaponiya | ||||
Barri Şarpless | ABŞ | "Xiral katalizləşdirilən oksidləşmə reaksiyaları üzrə tədqiqatlarına görə" | [101] | ||
2002 | Con Bennett Fenn | ABŞ | "Bioloji makromolekulların identifikasiyası və quruluş təhlili metodlarını təkmilləşdirdiklərinə görə […] bioloji makromolekulların kütlə spektrometrik analizləri üçün yumşaq desorbsiya ionlaşma metodlarını təkmilləşdirdiklərinə görə" | [102] | |
Koyçi Tanaka | Yaponiya | ||||
Kurt Vütrix | İsveçrə | "Bioloji makromolekulların identifikasiyası və quruluş təhlili metodlarını təkmilləşdirdiyinə görə […] məhlulda bioloji makromolekulların üçölçülü quruluşunu müəyyən etmək üçün nüvə maqnetik rezonans spektroskopiyasını inkişaf etdirdiyinə görə" | [102] | ||
2003 | Piter Aqre | ABŞ | "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə […] aquaporini kəşf etdiyinə görə" | [103] | |
Roderik Makkinon | ABŞ | "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə […] ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə" | [103] | ||
2004 | Aaron Çexanover | İsrail | "Ubiquitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə" | [104] | |
Avram Herşko | İsrail | ||||
İrvin Rouz | ABŞ | ||||
2005 | İv Şoven | Fransa | "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" | [105] | |
Robert Qrabbs | ABŞ | ||||
Riçard Şrok | ABŞ | ||||
2006 | Rocer Kornberq | ABŞ | "Eukaryotik transkripsiyanın molekulyar əsasları ilə əlaqəli tədqiqatlarına görə" | [106] | |
2007 | Gerhard Ertl | Almaniya | "Bərk səthlərdəki kimyəvi proseslərlə əlaqəli tədqiqatlarına görə" | [107] | |
2008 | Osamu Şimomura | Yaponiya[108] | "Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə" | [109] | |
Çalfi Martin | ABŞ | ||||
Rocer Tsen | ABŞ | ||||
2009 | Venkatraman Ramakrişnan | ABŞ Hindistan Birləşmiş Krallıq |
"Ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə" | [110] | |
Tomas Steys | ABŞ | ||||
Ada Yonat | İsrail | ||||
2010 | Richard Hek | ABŞ | "Bizim gündəlik həyatımızı yaxşılaşdıran mürəkkəb molekulların qurulması məqsədilə karbon atomlarını bir-biri ilə birləşdirmənin yeni, daha səmərəli yaollarını təkmilləşdirdiklərinə görə" | [111] | |
Eyiti Negisi | Yaponiya | ||||
Akir Suzuki | Yaponiya | ||||
2011 | Dan Şehtman | İsrail ABŞ |
"Kvazikristalları kəşf etdiyinə görə" | [112] | |
2012 | Robert Lefkoviç | ABŞ | "G-zülalı birləşmiş reseptor ilə əlaqəli tədqiqtlarına görə" | [113] | |
Brayan Kobilka | ABŞ | ||||
2013 | Martin Karplus | ABŞ Avstriya |
"Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" | [114] | |
Maykl Levitt | ABŞ Birləşmiş Krallıq İsrail[115] | ||||
Are Varşel | ABŞ İsrail | ||||
2014 | Erik Betziq | ABŞ | "Yüksək qətiyyətli flüoresan mikroskopiyanın təkmilləşdirilməsinə görə" | [116] | |
Ştefan Hell | Almaniya Rumıniya[117] | ||||
Uilyam Mörner | ABŞ | ||||
2015 | Tomas Lindal | İsveç Birləşmiş Krallıq |
"DNT təmirinin mexanizimləri üzrə tədqiqatlarına görə" | [118] | |
Pol Modriç | ABŞ | ||||
Əziz Sancar | ABŞ Türkiyə | ||||
2016 | Jan-Pyer Savaj | Fransa | "Molekulyar maşınların dizaynı və sintezinə görə" | [119] | |
Frezer Stoddart | Birləşmiş Krallıq ABŞ | ||||
Bernard Feringa | Niderland | ||||
2017 | Jak Düboşe | İsveçrə | "Krio-elektron mikroskopiyasını təkmilləşdirdiklərinə görə" | [120] | |
Yoahim Frank | Almaniya ABŞ[121] | ||||
Riçard Henderson | Birləşmiş Krallıq | ||||
2018 | Frensis Arnold | ABŞ | "Fermentlərin istiqamətləndirilmiş təkamülünə görə" | [122] | |
Corc Smit | ABŞ | "Peptidlər və antikorların faqotiv displeyini yaratdıqlarına görə" | |||
Qreq Uinter | Birləşmiş Krallıq | ||||
2019 | Con Qudenaf | ABŞ | "Litium-ion batereyalarının təkmilləşdirilməsinə görə" | [123] | |
Stenli Uittingem | Birləşmiş Krallıq ABŞ | ||||
Akira Yosino | Yaponiya | ||||
2020 | Emmanüel Şarpantye | Fransa Almaniya |
"Genom redakəsi metodunu təkmilləşdirdiklərinə görə" | [124] | |
Cennifer Dudna | ABŞ | ||||
2021 | Benjamin List | Almaniya |
"asimmetrik orqanokatalizi təkmilləşdirdiklərinə görə" | [125] | |
David Makmillan | Böyük Britaniya |